Azərbaycanda Saf Sevgiyə İnanmaq
Uraqan tərəfindən "Ədəbi tənqid" bolməsinə 20:25 20 aprel 2014 tarixində əlavə olunmuşdur

Saf və Təmiz sevgiyə inanırsınız?

Sözün açığı iki dostum oturub bir qız haqqında, "ə qaqa, istəsəm o qızın nömrəsini də alaram". Onu öpüm sən də bax" kimi cümlələr işlədərək özlərini sübut etməkləri məndə də saf sevgiyə olan inamımı azaltdı. Sanki müasir dövrümüzdə qız sevmək, özünə bahalı telefon almaq kimi bir şeydir. Əvvəlcə onu almaq istəyir, sonra biraz işlədir və bir müddət sonra işlədib qırağa atırsan.

Adını da qoyursan "ay qa, fırradırdıme".

Məncə fırranan bir şey var, o da külək əsəndə yellənən qoz beyinlərinizdir. Düz sözümdür, kişiliyi sübüt etməyə başqa şey tapmırlar...

 Bir insanın hissləri ilə oynamaq, hansı kişiliyə sığar?!

Yəgin bu qoz beyinlər Nəsiminin:

"Məndə sığar iki cahan" sözlərinə qulaq asıb və sözü arxadan başa düşüblər.

 Əsas məsələ də odur ki, bu insanlar özlərini elə aparırlar ki, guya bacılarının namusunu çəkirlər. Ancaq anlaya bilmirlər ki, necə ki, onlar kiminsə bacısına söz atır və fırladırlar, eləcə də öz bacılarını hansısa özü kimiləri eynisini edir. Özlərinə bunu desən deyəcəklər ki, "yaxşı qıza heç kim söz atmaz". Hələ bu qeyriət ağaclarına desən ki, "o gün yoldan keçənin biri bacına sataşdı". Sənə heç nə eləməsə də, gedib yazıq qızın başına oyun açacaq ki, "sənə niyə söz atmalıdırlar?!".

 Yaxşı oğlan anlayışı deyilən bir şey də var ki, bu yaxşı oğlan özünə yaxşı bir qız almalıdır. Hansı ki, ona heç kim sataşmasın, tv-də öpüşmə və ya digər əxlaqsız şeylər çıxmasın qarşısına. Başını da qoyun kimi aşağı salmalı, yolnan gedəndə də stolbaya girməlidir. Başa düşürsüz?! Heç kimin gözünə baxmamalı, heç kimnən xoşu gəlib, heç kimi sevməməli, vaxtı çatanda da seçim etmədən hansısa qoz beyin oğlana ərə verilməlidir.


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+20=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.031 saniye