Nə yazaq axı nəyisə dəyişə bilək? İlin 8 ayı yas içərisindəyik bir xalq olaraq. Amma bəyənmədiyimiz Ermənistan 8 ay bu hadisəyə sevinir. Çox yas saxlamaq xalq olaraq şüuraltımızda qalır və daima itirməyə hazır oluruq. Ruhən, xarakter olaraq zəif nəsillər yetişdiririk. Yanvar ayını yeni illə qarşılıyıb 20 yanvar hadisəsi ilə bağlayırıq. Fevralı Valentinlə başlıyıb, Xocalı hadisəsi ilə bitiririk. Martı Qadınlar bayramı ilə başlıyıb 31 mart hadisəsinin anımı ilə bitiririk. Novruzu bitirməmiş özdə. Apreli gülüş günü ilə başlıyıb, 30 apre ADNA-dakı terrorun anımı ilə bitirik. Hələ Kəlbəcərin işğalını gülüş günündən bir gün sonra andığımızı demirəm. Mayda vəziyyət tamam başqadı. Şuşanın işğalı, babamızın ad günü, gül bayramı, SSRi-nin qələbə günü demək olarki hamısı eyni gündə olur. İyunda hamımız rayonlarda, dənizlərdə qısası istirahətdə oluruq, nə sevinirik, nə də ki ağlıyırıq. İyul ayında Ağdamı xatırlayacayıq. Ya Ağdamsız Qarabağ FK-nun oyununa baxarkən, ya da yenə istirahətdəyik. Avqustda yenə dincəlirik amma 3 rayonumuzu xatırlayırıq. Sentyabrda matəm günü olmasa da dərs mövsümünün açılması Azərbaycan tələbə, şagird və abituriyentləri üçün elə qara gündür. Oktyabrda Zəngilanın işğalı anılır. Müstəqilliyimiz və hə birdə özümüzün olmayan Hallowenimiz var. Noyabr soyuq aydır. Elə bayram zad keçirmirik. Əməl olunmayan Konistitusiyanın günü, dirçəlməyən xalqın dirçəliş günü var. Dekabrda isə digər ölkənin iki rəqib futbol klubuna görə bir birini söyən azərbaycanlıların həmrəylik günüdür. . . !