Qarabağ. Bu məsələ münaqişə adlansa da əslində buna müharibə deyilməlidir. Çünki münaqişə iki qardaş və ya ata-bala arasında da ola biler. Uzaq başı ailədaxili münaqişə. Burada da ölüm-itim ola bilər. Baxın hər gün atəşkəs pozulur. Hər iki tərəfdən ölən və yaralanan olur. Demək olar ki, bu hər gün baş verir.
Hə mövzu belədir. Bunun bir adı var; nə sülh, nə müharibə. Bu kimə sərfəlidir? Əlbəttə ki ermənilərə.
Dünyada isə belədir; Bu yazılmamış qanundur. Qalib mühakimə olunmur. Biz ermənilərin hərbi helikopterini vurduq, bizə neylədilər ki.
Bu qədər müddətdir ki, ATƏT gəlir-gedir, yeyir-içir. Danışıqların isə nəticəsi yoxdur. Xarici işlər nazirlərinin sonucsuz olmayan görüşləri. İki ölkə başçılarının təkbətək, necə deyərlər TET - A- TET görüşləri. Lap futbol termini ilə desək 90 dəqiqəlik oyun – “qolsuz bərabərlik”.
Hər gün ölüm-itim, anaların göz yaşı. İstər Mübarizin qəhramanlığı, istər Dilqəmin əsir düşməyi. Hər günün Başlıca Xəbəri - düşmən atəşkəsi pozmuş, qarşı tərəf cavab atəşi ilə susdurulmuşdur. Biz susdurmaqdan yorulmuruq, onlar da yalançı hücumlardan. Qaçanda isə bir olan ALLAHI çağırır qovanda.
Sülh danışıqları tükənmək bilmir. Amma Və Lakin ... Donuz darıdan çıxmır ki çıxmır. Dünya bircə şeyi təkrarlamaqdan doymur; AZƏBAYCANIN ərazi bütövlüyünü dəstəkləyirik”, sözünü. Haqq və ədalət AZƏRBAYCANIN tərəfindədir. 2 dəfə 2 nəticədə 4 edər. Əməldə dəstək isə yoxdur. Qardaş Türkiyədən başqa köməyimiz yoxdur. TÜRKÜN TÜRKDƏN BAŞQA DOSTU YOXDUR.
Hamı yaxşı xatırlayır, TANSU ÇİLLƏR deyərdi ki, gələn NOVRUZU qaçqınlar öz dədə-baba yurdlarında keçirəcəklər. Bunu Süleyman Dəmirəl də deyərdi. Boris Yeltsin isə daha uzağa getdi.
Ermənilər daha nə istəyirlər. Sözdə bizi dəstəkləyənlərin sayı çox, əməli köməkdən isə əsər əlamət yoxdur. Belə getsə bu xəmir çox su aparacaq. Biz isə prezidentimizin təbirincə desək; Bu vəziyyətlə barışa bilmərik, gec də olsa-tez də olsa biz torpaqlarımızı qaytaracağıq.
Xalq öz rəhbərinə inanır və inanırıq ki, nəticədə Ədalət Zəfər Çalacaq. Ümidlə yaşayırıq və umuluyuq. Ümid sonda ölür.
ardı var …