Azərbaycansayağı Sreet art
Şahnaz Əhmədova tərəfindən "Digər yazılar" bolməsinə 03:41 25 iyul 2012 tarixində əlavə olunmuşdur

- Nə uzun cümlədir?
- Hələ bu harasıdır ki, elə cümlələr var ki, buralarda.
- Gülməlidir, əvvəlcə fikir verməmişdim, qrammatik səhvlər də var.
- Zarafat edirsən, bunu bura yazan hansısa normanı fikirləşəcək səncə?

- Yadıma bu barədə elədiyimiz söhbət düşdü:
Bu yaxınlarda, daha doğrusu Avroviziya vaxtı dostlarımla söhbət edəndə Azərbaycan dilinin beynəlxalq dil olması haqqında danışırdıq, olsaydı necə olardı? Çox fərziyyələrdən sonra yaxşı qələmi olan bir rəfiqəm dilləndi, Azərbaycan dilinin beynəlxalq dil olamaması o vaxt yaxşı oldu ki, bizim divarlarda, qapılarda yazılan yazıların tərcüməsini heç kim bilmədi. Bəli, söhbət həmyerlilərimiz tərəfindən zibilxana kimi istifdə olunan yerlərin sahiblərinin divarlara yazdığı yazılardan, daha dəqiq söyüşlərdən gedir. "ay bura zibil atanın ...", "skameykanı sındırma ay ...", "burda maşın saxlamaq olmaz ..." və s. formalarda olan bu "yaradıcı" ifadələr çox adama xoş gəlməsə də hazırda şəhərimizin bir çox yerində rast gəlmək olar. Tipik azərbaycanlı psixologiyası həmin dəqiqə Avropa ilə müqayisə eləməyə başladıq. Görəsən Avropada belə yazılar varmı? Əlbəttə var, Avropada da divarlara yazılar, söyüşlər yazılır. Bunun onlar üçün normal hal olması bir yana, hər adam edə bilmir, çünki, yaradıcılıq tələb edir. Avropa da buna "Street art" deyirlər, biz də isə ... bizdə bu yazıların xüsusi adı yoxdur, görəndə bir anlıq baxığımız indi normal qəbul elədiyimiz, hətta çox vaxt diqqətimizi belə cəlb etməyən bu yazılar da bizim küçə sənətimiz olmasın? Biraz da müsbət tərəfdən yanaşaq, bu da bizim "Sreet art"ımızdır. O söyüşləri fikirləşmək özü də "yaradıcılıq" tələb edir, sadəcə biraz da məntiqlə düşünsək daha yaradıcı variantlar tapa bilərik, axı "uzunqulaq" skameykanı sındıra bilməz, yazığın günahını niyə alırıq, heç olmasa daha yaxşı bir ad fikirləşib, sındıranın haqqını vermək lazımdır. Amma hikmət təkcə o yazıları yazanlarda deyil, o yazıları yazmağa vadar edənlərdədir. Buranın zibilxana olmadığını bilə-bilə zibili yenə də oraya atan, skameykanın sındırmaq yox, əyləşmək üçün olduğunu bildiyi halda yenə də onu qıran, qadağan olunan yerdə bilərəkdən, min bəhanə gətirərək maşın saxlayan insanların sayəsində yaranır bu küçə sənəti. Avropada uçuq divarda da elə street art yaradırlar ki, həqiqətən də sənət əsəri çıxır ortaya və divarın dağınıq olması gözə çarpmır, sanki kimsə bilərəkdən bu sənət üçün dağıdıb o divarı. Bizdə belə yerləri "steet art"a çevirmək kimi bir fikir olsaydı Bakı incəsənət şəhəri olardı. İncəsənət doğrudan da qurban tələb edir, yəqin hələ çox qurbanlar vermək lazımdır. Bizim küçə sənətinin daha da inkişaf edib, Avropadakına çatmasına nə qədər var bilmirəm, amma insanımız çox yaradıcı olduğu üçün hələ çox "art"lar görəcəyimiz dəqiqdir.


... dəfə oxunub
Qiymət: 5/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
7+20=
Hesaba giriş
Müəllif

Şahnaz Əhmədova
Haqqında
o məni axtarıram, hələ tapmamışam deyə yaşayıram...
Əlaqə
E-mail:
sahnazahmedova@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0306 saniye