Bağışla, amma düz deyəcəm..
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 01:54 12 dekabr 2013 tarixində əlavə olunmuşdur

Bağışla, amma bu dəfə doğru danışacam. Yalan söyləməkdən elə bezdim artıq.. Yalan yalan yalan..
Onların ölümü belə saxtadır, ruhdaşım.. Onlar doğulanda kəfənlə doğulur.. Onlar dilinin ucunda yalanla doğulur.. Onların hissləri əllərindən alınıb.. Onları sevən insanlar uçurumun başında fırlanan çərpələngə bənzəyir. 
 Bağışla, amma bu dəfə düz deyəcəm. Axı neçə dəfə başını səcdəyə hiss edərək qoymusan? Neçə dəfə işinin düşdüyü üçün deyil də, Allahı yad etmək xatirinə açmısan əllərini? 
 Hələ bir mənə söylə görüm, ölmədən öncə ölmüsən? 
 De görüm, hələ də ətalətdəsən? 
 Səncə haqqını çərçivələyib, sənə haqq verənə haqsızlıq etmirsən? 
 Ey gözəl ruhdaşım, hələ mənə de görüm, bir qəlbə sığar mı iki ruh?
 Ya da cismini böl , ruhunu saxla səcdəyə..
 Ya da qoy başını dizlərinə vurnux.. ağla.. 
Axı sən bilirsən, mənim dərdim səni ittiham etmək deyil.. Sən bilirsən axı, mən qibləmi bölüşürəm sənlə.. Qəlbimi, ruhumu.. 
Amma gəl düz oturub, yalan danışaq son dəfə.. Hə?


... dəfə oxunub
Qiymət: 9/10(33 səs)
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0243 saniye