Bağışla məni Tanrı
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 16:08 27 may 2016 tarixində əlavə olunmuşdur

Dünyaya göz açandan baxıram göy ,göylərə 

Ümidlər gəlir əvvəlcə sabahdan

Kaşkilər gedir dünəndən,

baxıram göylərə demə mələklərə

Mən və birdə mənim həyatım

Girdim həyatımla yarışa qalib zaman oldu

Yalnız qaranlıq yaddaş mənə qalan oldu

Gözlərim dumanlı, yadımda deyil heçnə

Gecikmişəmsə,deməli gəlib gecə

Dedilər gecikmə, amma gecə gəldi gözlənilməz

İllərin küncündə, solarmış insan güllərdən betər

Həyat çökəkliyində, tənha qalarmış hisslər

Bağışla həyat ,öz arzularım arxasınca qaçdım,

səni heç düşünmədim.

Sən öyrətdin mənə yaşamağı,

mən isə sənə tək qalmağı.

Bağışla zaman, sən öyrətdin mənə nəzərə almağı,

mən isə insanlara aldanmağı.

Bağışlayın məni illər verdiyiniz,

ömür məsafəsinin əvəzini çıxa bilmədim

Bağışla məni Tanrı göstərdiyin,

gözəlliyi görə bilmədim.

Həyatla yarışda zamandan qaçışanda.

Tapdım gözəl bihuş edici şirin yalanlar

hansıki verdim, illərin xatirəsinə

Xatirələr keçmişin varisi,

gələcək isə onun yarısı


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
5+23=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0247 saniye