Bağışla sevgilim bacarmıram mən
Rahid Zahidoğlu tərəfindən "Şeir" bolməsinə 16:35 11 iyul 2016 tarixində əlavə olunmuşdur

Artıq vədə çatıb, gücüm qalmayıb
Taleh yollarımızı eyni salmayıb
Nə həvəsim qalıb, nə də taqətim
Bağışla sevgilim bacarmıram mən

Çalışdım, vuruşdum qəlbini alam
Ağlında yox qəlbində əbədi qalam.
İmkan da vermədin səni tanıyım
Bağışla sevgilim, bacarmıram mən.

Bilmədim, nədi istədiyin, nədi diləyin
Məndən başqa dünyada nədir gərəyin
Bu sevgi mənə əzab-əziyyət verdi
Bağışla sevgilim bacarmıram mən

Həyatım küsübdür gülmür üzümə
Sevmədin, inanmadın mənim sözümə
Mən səni qəlbimlə, ruhumla sevdim
Bağışla sevgilim, bacarmıram mən

Həyatım həyatın olsun demişdim
Səbrlə, təmkinlə səni sevmişdim
Kimsəsiz, yiyəsiz uşaq kimiyəm
Bağışla sevgilim, bacarmıram mən


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0218 saniye