BAĞLI QALAN PƏNCƏRƏLƏR
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 20:04 18 yanvar 2017 tarixində əlavə olunmuşdur

Nə tez ötdü bahar fəsli,

Nə tez gəldi payız bizə,
Nə tez yağdı çiskin yağış
O təzə-tər eşqimizə!
Biz qəflətdə mürgülüydük,
Bilmirəm bu, necə gündü !…
Nə zamandı küsülüydük,
Görüşmürdük neçə gündü,
Gəldik yenə də üz-üzə,
Baxışların günahkartək,
Deyəcəyin hər bir sözə
Baxırdım bir xilaskartək.
Tuşlanmışdı gözün yerə,
Düşünürdüm – bu, necə iş?
Pıçıltıyla söylədin sən:
– Bitdi hər şey, bu, son görüş.
Zülmət çökdü gözlərimə
Sanki zaman durdu o an,
Aman, Allah, bu acıya
Necə dözsün bu yazıq can?
O an çökdü göylər yerə,
Ulduzlar da çilik-çilik,
Ay bölündü neçə yerə,
Hər tikəsi bircə çimdik...
Sən geyindin ağ gəlinlik,
Mənsə o gün ağ bir kəfən,
Sağ olsa da cismim bu gün,
Mən ölmüşəm artıq ruhən.
Həyat olub mənə zindan,
Mən əbədi suçsuz məhbus,
Kaş hamısı yuxu ola –
Yaşananlar qorxunc kabus!
Küçənizdən hər keçəndə
Ardımca sən boylanardın,
Baxışınla ürəyimə
Bir göyərçin tək qonardın.
Artıq yoxsan o evdə sən,
Daha baxmır ora gözüm,
Ürəyimdə buza dönüb
Deyiləsi neçə sözüm.
İtirdim ilk baharımı,
Qazandığım payız oldu,
Adımızı həkk etdiyim
O çinar da sənsiz soldu.
Mənə qismət olacaqmı
Görən, bir də səni görmək?
Sənsiz artıq bir zülümdür
Bu dünyada ömür sürmək?!
Sıxır məni bu ev, küçə,
Kaş onları köçürələr,
Səni mənə xatırladır
Bağlı qalan pəncərələr….


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+33=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
Ələkbərov Ruslan Çərkəz oğlu.07.07.1994. AYB Mingəçevir bölməsində gənclər üzrə sədr müavini, Jurnalist, Dizayner,
Əlaqə
Tel.:
0558425352-0508945691
E-mail:
ruslanelekberli1994@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0214 saniye