Bakı düşündürür
Səxavət tərəfindən "Digər yazılar" bolməsinə 02:34 01 may 2012 tarixində əlavə olunmuşdur

Hərdən düşünməmək haqqında düşünürəm.Fikirləşirəm ki,nə yaxşı olardı heç düşünməyəsən.Ətrafında baş verənlərə tam laqeyd yanaşasan.Heç nəyi vecinə almayasan,küçədə zəif bir balacanı döyən uşaqlara fikir verməyəsən,yolda şikəst,əlil birinin dilənməsi ürəyini heç ağrıtmaya,yolu keçərkən balaca oğlunun əlindən tutan ataya gözləri yaşla dolaraq baxan yetimə acımayasan.Bunlara adi hal kimi baxmaq necə rahat olardı.Necə rahat olardı bunları görüb gülə-gülə ötüb keçəsən.Amma olmur.Elə bunları düşünə-düşünə düşünməmək haqqında olan düşüncələr puça gedir.Bakıda hər addımbaşı gördüyün hadisələrə şeir,roman yazmaq olar.Bakı- arvadını döyən və hər yerdə şərəfdən,qeyrətdən dəm vuran kişidi.Bakı rayondan gələn və günlərlə ac yatan tələbədi.Bakı səhər xəstə anasını ziyarət edən,ölmüş atasının qəbrinə gül almaq üçün gecələr çətin və ağır iş gününə başlayan fahişədi.Bakı toy gününə qədər üzünü görmədiyi kişiyə ərə gedən bədbəxt gəlindi.Bakı səhərdən axşama kimi iş tapa bilməyərək evə qayıdan ac körpələri olan ailə başçısıdı.Bakı parklardakı göyərçinlərə daş atan uşaqdı.Və bu möhtəşəm,doqquz iqlim qurşağında yerləşən,tarixən mühüm ticarət yolları üzərində yer alan,bizim üçün çox vacib olan Eurovisiona ev sahibliyi edən Bakıda mən də bir hadisənin şahidi olmuşam.Bir dəfə metro ilə harasa gedirdim.Yenə də insanlar bir-birinin üstündə oturmuşdu.Yenə də vaqonların ortaları boş idi.Yenə də hamı qapıya sıxılmışdı.Yenə də “Qapılar bağlanır,növbəti stansiya jhfjsdfgjmfk” səsi gəldi.Elə bu vaxt bir yaşlı kişi üçün qapını tutub saxladılar və o mindi.Bu anda basabasdan əsəbləri pozulmuş bir cavan oğlan qışqıra-qışqıra dedi: “Nolub ay dayı,görmürsən yer yoxdu?O biri qatarı gözləyə bilmirsən?” Dayday isə sakit-sakit “Bağışla oğlum,şikəst adamam.Ayaq üstə çox dayana bilmirəm”.Gözləri ilə əlindəki əsanı göstərdi.Bu an sanki zaman dayandı,ətrafda hər şey,hər kəs,hətta hadisələr dondu.Birtəhər başımı qaldırıb oğlanın gözlərinə baxdım. Gözləri dolmuşdu.Kirpiklərini qırpsaydı gözlərindən sel axacaqdı.Həmin vaxt onun yerində olmaq istədim.Çünki onun nə düşündüyünü bilmək üçün həmin vaxt,hamin situasiyada onun yerində olmalı idim.Onda düşündüm ki,nə yaxşı olardı ki,dünyadakı bütün insanlar bu vaqonda olaydı.Və onda düşünməmək haqqında fikirlərimin üstündən xətt çəkdim.

Picture by Paul Kuczynski


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
10+17=
Hesaba giriş
Müəllif

Səxavət
Əlaqə
E-mail:
sakhavat972@yahoo.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0232 saniye