Bakı hələ sağdır
ŞvartsMan tərəfindən "Şeir" bolməsinə 16:23 25 fevral 2017 tarixində əlavə olunmuşdur

(rekviem)

Bakı  həyat  üçün  rekviemdir.

Ölü  sevgilərin  qəbirstanlığıdır.

Elə  bil  kiminsə  artığı,

Ya  da paxmel – axşamdan  qalmadır.

 

Bakı  həvəsini  öldürər,

Bir  az  gülər  boyalı  büzüşmüş  dodaqlarıyla

Sonra  bezdirər.

Sən  ondan  qaçmaq  istərsən,

Küləklər  əsər... Uzaqlara  gedərsən...

   O  Maska  geyinər.

 

Bakıda  var  Qız  qalası.

Bu  şəhər  heç  vaxt  qadın  olmadı, qız  qalasıdı.

Onun  balaca  ürəyində  böyük  ağrıdır...

 

Bakı  hələ  sağdır.

Ürəyə  yaxın  olmaq  üçün  sola  dönmək  lazımdır.

 

Bakı  çox  şeyə  susub

Diqqət!  Bakı  yalan  danışır.

Hər  şeyi  yaşayıb  heç  nə  yaşadır.

Ancaq  daş  heykəllər  taxta  insanlara  əl  sallayır...

 

Dənizə  at  məni! Suyun  həmişə  çirklidir,

Gecələrin  işıqlı,  yağışların  tər-təmizdir.

Bir  az  vicdanın  yoxdu, Bir  də  yağış  kimi  insanların.

Boz  arzuların  şəhəri  və  Ağladığım  yandırılmış  kitablarım..

Unudulmuş  insanların  yarımçıq  həyatları

Bir  az  qənd, bir  stəkan  sallama  çay  və  siqaret  qalıqları.

 

Bakı  sabaha  qalmadı.

O  insanlarla  dolu  böyük  tənhalıqdı.

Mən  onunla  qalmadım: 

O  mənim  ruhum  üçün  dünəndən  qalmadı.

 

Bakı  hələ  sağdır.

Ürəyə  çatmaq  üçün  soldan  getmək  lazımdır.

 

25  fevral 2017


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+14=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0268 saniye