Bak(ı), İstanbul
Susqun tərəfindən "Hekayə" bolməsinə 18:09 15 fevral 2016 tarixində əlavə olunmuşdur

Bak(ı), İstanbul

Əsərdə yazılanlar "Septini" əsərindən bir hissədir.

Bölüm 1. Keçmiş.

2006-cı il, Bakıxanov qəsəbəsi. İmam Rza məsçidi, Bakıxanov qəsəbəsi, 13:13.

Salam. Mənim adım Bakıdır. Bilirəm, tez-tez eşitmədiyiniz adlardandır. Atam şəhəri o qədər sevirmiş ki, ilk övladı ilə sevdiyi şəhəri adaş edəcəkmiş. Ancaq mən ilk övladı deyiləm atamın. Adaşım olan Bakı adında məndən böyük qardaşım çox erkən vaxtlarında öldü. Atam isə bu adı mənə verdi. Böyük məsuliyyəti olan bir ad. Bakı. Az sonra məsçidin axundu gələcək. Bütün cəsarətimi toplamışam. Hər şeyi ona danışacam. Etməli olduqlarımı. Hansıları ki, artıq gecdir. Hə, tək yolu budur. İntihar etmək istəmirəm. Onsuz da kiməsə danışmalıydım. Danışacam da. Və yaxınlaşır axund.
-Salam.
+Salam. Buyur, bala, demək istədiklərin varmış?
-Hə, axund əmi. Heç kəsə demədiklərimdən. Köməyinizə ehtiyacım var.
+Buyur. Nə köməyidi ki? Danış görək.
-Deməli... Deməli, axund əmi, mənim... 12 yaşım var. Bilirəm, sizə çox görsənməyə bilər. Ancaq bir neçə hadisələr var ki, yaşıma görə deyil. Sevdiyim bir qız var. Daha doğrusu var idi. Adı İstanbul idi. İstanbul. O xəstə idi. Leykoz idi. Noyabr ayının 18-i əməliyyata gedəcəkdi adaşının yanına. Mən isə son dəfə ona hədiyyə verəcəkdim. Verə bilmədim. Gedib-qayıdanda artıq evə getmişdi. Mən də evlərinə çıxmadım. Utandım. Sonra... Sonra qayıtmadı. Mənə 1 həftə demişdi. Amma 1 ay keçdi. Evlərinə getdim. Məhlədə qurulan yas çadırlarını görəndən bu günə ibadətə gəlirəm ki, o çadırlar İstanbul üçün qurulmasın. Amma evlərinə getdim 1 aydan sonra təxminən. Anası açdı qapını. Duaları yəqin düz etmirəmmiş. Anası ağladı. Çünki, mən "Xala, İstanbul həyətə düşəcək bu gün?" demişdim. Deyəsən deməməliydim. Düşmürmüş. Mənə köməyiniz lazımdır, axund əmi. Allaha nə qədər yalvarmışam. Deyəsən səsim çox zəif çıxır. Hətta keçən dəfə səsli dua elədim. Yenə eşitmədi. Evdəkilər məni anlamır. Dostlarımla da bölüşə bilmirəm bunu. Mənə kömək edin. Heç olmasa bu hədiyyəni ona necə verəcəyimi söyləyin.
+Heç İstanbulda olmusan, oğlum?
-Xeyir. Olmamışam.
+Əslində sənin sevdiyin İstanbul adını dəyişərək elə İstanbula gedib. Bir gün İstanbula getsən mütləq qarşına çıxacaq. Mütləq.
-Doğurdan?
+Hə. İnan mənə.

Bölüm 2. Keçmişdən bir az sonra.

2010-cu ilin noyabr ayının 19-u. Qaraçuxur ərazisi. 01:03

Salam. Mənim adım Susqundur. Bakı gecə vaxtı küçələrdədir. Gəzir deyəsən. Anidən qarşısına az sonra heç kəsin ağlına gəlməyəcək şeylər gələcək. Xanım İlliada ilə tanış olacaq. Həmin gün cənab Bakı İstanbulun mirası olan mənəvi qızdan ayrılacaq. İlliadanın 17 yaşı var. Nişanlıdır. Ancaq istəmədiyi biri ilə. Evdən qaçmağı planlaşdırır. Bu qaçışda ona kömək edən iki dostu var. Lakin, plan İlliadanın texnoloji avamlığına görə suya düşür. Tutulurlar. Zorakılığa məruz qalırlar. Eyni gündə, hadisənin içində Bakı ilə tanış olur. Gecəni bir dostunun evində qaldıqdan sonra Bakı İlliadanı müəlliminin yanına aparır. Axund deyil, dediyinə görə tək güvəndiyi insandır. Müəllim İlliadaya qısa müddətdə iş, paltar, ev, maşınlanı təmin edir. Növbəti zamanlarda isə Müəllim İlliadanı və Bakını xeyli biliklərə yiyələndirir. Bu bir başlanğıc idi.

Bölüm 3. İndinin bir addımlığında.

2013-cü il, oktyabr ayının əvvəlləri. Nəsimi rayon ərazisi. 14:00

Bakı həyatında üçüncü dəfə "İ"-li qızla tanış olur. İşılda. İşıldanın özünəməxsus astrofiziki sirrləri var. Onun həyatı, DNT-si, genomumları 19 ədədinin üzərində qurulub. Bu genetik möcüzə hesab oluna bilər. Bəlkə də genetik təsadüf. Ancaq genetik axmaqlıq isə İşıldanın genetik fərqindəliyə sahib olmamaısıdır. Nə edə biləcəyinin fərqində deyil. Bakı xeyli müddət İşıldaya bunları deməyə çalışdır. İşılda isə həyata sadə baxan mürəkkbəb quruluşlu boşlardan idi. Bakının bütün iddialarını sadəcə dəlilik hesab etdi.

Bölüm 4. İndiyə qədər.

2013-cü ilin sonları. 19 nömrəli polis bölməsi. 15:15.

Bakının həyatında heç nə düz getmirdi. Həyatı itkilərdən, travmalardan və neyrotravmalardan ibarət idi. Ancaq müəllimi ilə öyrəndikləri onu həyatda saxlayan tək şey idi. İnanclarını, ailəsini, dostlarını və bütün mənəvi dəyərləri itirmişdi, saxta olduğunun fərqində idi. Bakı ağır neyrotravmanın psixoloji, genetik və fiziki ağrılarını yaşayırdı. O günə qədər. Müəllimi ona şad xəbəri verdi. Bakının xəbəri belə olmadan son 3 ildə genetik dəyişkənliyə məruz qalmışdı. Bundan sonra Bakı artıq xəstələnməyəcəkdi. Bu böyük uğur idi. Bakı üçün. Necə olduğunu, necə baş verdiyini elə müəllimin özündən öyrənməyə başladı. İnsanın bütün həyatı boyu görə duyğu orqanları ilə qəbul etdiyi bütün informasiya onun keçmişinə və gələcəyinə təsir edə və dəyişə bilərmiş. Son olaraq, müəllim Bakıya meşə yanğınları haqqda bir şey dedi. Əgər ərazidə külək varsa o zaman yanğının istiqamətləndiyi tərəfdən xeyli məsafədə, əks-istiqamətdə ikinci bir  süni yanğın yaradılır. Əgər külək yoxdursa, yanğın süni olaraq istiqamətləndirilir. Süni istiqamətləndirmə üçün texniki avandlıq gərəkə bilər.  Son olaraq iki yanğın əks istiqamətlərdə qarşısına çıxan hər şeyi yandıraraq gəlir. Sonda yanmağa heç nə qalmayanda hər ikisi sönür. Eləcə də dənizdə. Bəzi dənizkənarı ərazilərdə hava şəraiti çimərlik üçün əlverişli olsa da dalğalar çox şiddətli olur İnsanlar texniki avadanlıqlar sayəsində süni dalğalar yaradaraq digər dalğanın üstünə göndərir. Beləcə problem aradan qalxır. Eyni şey parapsixologiyaya əsasən, insan beyni üçün də eynidir. Belə ki, beyin aldığı ilk neyrotravmadan sadəcə bir yolla qurtula bilər, ona istiqamətlənmiş ikinci bir neyrotravma ilə. Misal üçün, bəzi insanlar uşaq vaxtlarında travmaya səbəb olacaq hadisələr yaşayır. Doğmalarını itirir, şiddət görür, mərşiddətə məruz qalır və s. Mövcud travma beynin bütün funksiyalarına zədə verərək dolaşır beyində. Bizim üçün təzahür isə "yaddaş itkiləri", "sinir pozuntuları" və s.-dir. Bakı bunu öyrənəndə artıq ikinci İstanbulun tapmışdı. Özü də dəlixanadan yeni çıxmış İstanbulu.

Bölüm 5. Bakı haqqda. İndi.

Bakı çətin həyat yaşadığından daima sorğulayan birinə çevrilmişdi. Əvvəllər aldığı neyrotravma onun həyatını dəyişmək üçün əla idi. Belə ki, ilk travmasını alanda Bakı çox da diqqət cəlb edə bilməmişdi. Çünki, yaşıdlarının əksəriyyəti bu dövrdə ərgənlik dönəminə girdiyi üçün bu travmanı da bunun bir parçası hesab etdi həkimlər. Bakı ilk öncə sevgisini itirdi. Heç kəsi sevə bilmirdi. Sonralar bu travma beyini zədələyərək onun ailəsinə və qohumlarına qarşı dəyər verməsini əlindən aldı. Daha sonralar inanclarını, totemlərini əlindən aldı. Dah sonra sonra isə Bakı dostlarına qarşı inamsızlaşdı. Hər şeyini itirdim deyən Bakı son zərbəni genetik aldı. Artıq xəstələnmirdi və heç nə hiss etmirdi. İngiliscəsi "born free" olan bu özün dilimizdə ifadəsi "doğulmamış" kimidir. Yəni ki, insani doğulmayıb. Normal insan deyil. Bakı sonda bütün mövcudluğa qarşı inamını itirdi. Bu 99%-lik məğlubiyyət idi. Neyrotravma beyini tamamilə zədələmişdi. Jan Paul Sartırın dili ilə desək, "iki fenomen arasındakı bir-birlərinin mövcudluğunu sübut etmə prossesi sadəcə limitli sübutlardan ibarətdir". Yəni ki, bir insan bütün bəşəriyyətdə mövcud olan hər hansısa bir şeyin var olmasını sadəcə 5 yolla izah edə bilər. Eşidərək, görərək, hiss edərək,toxunaraq, dadına baxaraq və qoxusunu alaraq. Bu qədər. İnsanövladı bu qədər acizdir. Bakı artıq varoluşa da inanmırdı. Bakı insanlığa aid hər şeyini itirmişdi. Nəsə hiss etmək üçün hər şeyini verə bilərdi. Xəstələnmək üçün, hiss etmək üçün, ağlamaq üçün. Müəlliminin köməyi ilə buralara gətirildi Bakı. Düşünə bilərsiz ki, niyə axı Müəllim Bakını sağaltmaq əvəzinə ona daha da şiddətli travma yaşamağa məcbur etdi. Çünki, meşədəki yanğını  nə qədər çox suyun olsa da su ilə söndürə bilməyəcəksən. Gərək ikinci bir yanğın olsun. İkinci yanğına qədər də birincisi istiqamətləndirmək lazımdır. Beləcə Müəlliminin elmi-kimyəvi dəstəyi ilə Bakı tam olaraq insanlığından qurtuldu. Yeni insana qovuşmaq üçün bunu etməliydi. İkinci dəfə İstanbulu tanıması isə Müəllimin növbəti yanğını yandırmağabaşlatma cəhdləri idi.

Bölüm 6. İstanbul-İstanbul. İndidən az sonra.

Bakının qarşısına təsadüfən İstanbul adında bir qız da çıxdı. Eyni totemlərə sahib, eyni xəstəliyə sahib, eyni ada və eyni DNT-genomumik quruluşa sahib biri. Bakıköhnə İstanbulu sevirdi. Yenisini tanımırdı. Tanıya bilmirdi. Yenisinin təzahüründə köhnəsini sevməyə başladı. Beyninin ən diblərində qalıqları qalan tərbiyə sistemindən - mentaldan isə hələ də qurtulmamışdı Bakı. Bakı köhnə İstanbulu əxlaq tərzinə görə seçirdi. Yenisindən isə xəbərsiz idi. Elm aləmində isə ən gülməli mövzulardan birincisi mental, ikincisi isə əxlaqdır. Əlbəttə ki, genetik əxlaq. Bakı özünə elmi bəraəti Darvinin "Növlərin mənşəyi" kitabında qazandırdı. Əgər bir qadın formalaşma dövrünə qədər (15-16 yaşa qədər) minumum iki müxtəlif əks-cinslə əlaqədə olarsa bu onun ilk olaraq psixkoloji, ikinci isə genetik replikasiyasında birbaşa dəyişiklik edəcəkdi. Elmi dildə adı "faişə irsi" olan ilk hissəcik həmin qadından törəyənləri də təkrarları və ya təkrara oxşuyan hadisələri yaşamağa məcbur edəcək. Yəni ki, mental mentalın elmi dayağını tapmışdı Bakı. Ölən İstanbul ən əxlaqlısı idi, çünki istəsə də əxlaqsız ola bilməzdi, çünki, ölmüşdü. Buradan isə Angelizm xəstəliyi başlayacaqdı. Belə ki, adətən kişilərdə müşahidə olunan bu xəstəlik sevdiyi insanı mələk kimi qəbul edənlərin xəstəliyidir. Adətən Xristian və İslam ölkələrində müşahidə olunan bu xsətlxəstəliyin təməlində mələk adlı varlığın nə qədər təmiz, nə qədər gözəl, nə qədər əlçatmaz olduğu bildirilir. Mərcə girirəm, Angelist birinə "dostum, sənin də sevgilin ifraz edir, ayağında tük çıxır və tərliyərkən ondan bərbad qoxu gəlir" desəz, şoka düşəcək. Bakı artıq ikinci yanğın üçün hazır idi. Müəllimin yönləndirilməsi ilə yavaş-yavaş ikinci İstanbula aşiq olmağa başladı. Onu bir mələk kimi təsəvvür edəcəkdi. Və bunun üçün Müəllim əlindən gələni edəcəkdi. Bakının da istədiyi elə bu idi. Ölmüş sevdiyini adha mükəmməl formada təzahürən sevmək. Hər şey yolunda idi. Bakı tamamilə inkişafdan qalmaq üzərə idi. Müəllimin müdaxiləsinə qədər. Uzumüddətlik ayrı qaldılar. İstanbul və Bakı. Çox uzun müddət.

Bölüm 7. İstanbulun və Bakının əsl üzləri. Gələcəyə doğru.

Bütün hər şey nifrət və qisas uğrunda üstündə qurulmuşdu. Hansı ki, Bakını ayaqda tuta biləcək tək şey. Fərqi yoxdur kimə qarşıdır. Sevdiyinə, ailəsinə ya da Müəlliminə. Əsas odur ki, nifrəti bacaracaqdı. Müəllimin özü köhnə biznesmenlərdən biri idi. İstanbulun atası ilə müəyyən biznes əlaqələri vardı.
İstanbulun atası son anda biznes-sözündən dönmüş, küllü miqdarda pul üçün Müəllimi aldatmışdı. Müəllim üçünsə Suflorik qisasdan başqa şey olmayacaqdı. Ancaq əqidə yoldaşı olması üçün sevginin üstünə nifrət yazmalı idi. Bakının İstanbuldan nifrət etməsi lazım idi. Beləcə hər ikisinin nifrəti tək adama yönələcəkdi. Ya da tək genetik bağlılığa sahib olan iki şəxsə. Ən azından eyni tərəfdə olacaqlardı. Üstəgəl, Bakı ikinci travması ilə birincini yox edəcəkdi. Son olaraq, Bakının İstanbula sevgi hədiyyəsi olaraq və Müəllimin İstanbulun atasına hədiyyəsi olaraq İstanbulun da travmaları son tapacaqdı. Hər şey planlaşdırılmışdı. Genlərlə oynamağın vaxtı idi. Müəllim sözünün üstündə duran biri idi. İstanbulun atasının canını əlindən alacaq, əvəzində ona yeni həyat bəxş edəcəkdi. Əlbəttə İşılda kimi olacaqdı. Fərqinə varsa möhtəşəmüstü şeylər edəcəkdi. Fərqinə varmasa, o da israf olacaqdı. Bakı isə İstanbula sevgisini istifadə edərək hər ikisini köhnə travmatik zədələrdən qurtaracaqdır. Əlbəttə, bütün bunların baş verməsinin paralelində, balaca uşağa valideyinləri dərman vermək üçün nə qədər əlləşirsə, halbuki yaxşı bir şey edir, ancaq dərmanın dadı pisdir deyə uşaq tərs-refleks verir, eləcə də İstanbul Bakıya və Müəllimə qarşı tərs-reaksiya verəcəkdir. Oyun başlamışdı. Müəllim və Bakı dost və komandayoldaşlarının da köməyi ilə kibernetik, kimyəvi, genetik və son olaraq ədəbi güclərini istifadə etdilər. Bakının İstanbula nifrət etməsi üçün İstanbulun ona tələ qurması kifayət idi. Və Bakı o tələyə iki şey üçün gedəcəkdir, İstanbulun şərti reflekslərini bilmək üçün və hələ də ağrı hiss edib-etməməyini bilmək üçün. Heç biri olmur. Nə ağrı, nə refleks.

Bölüm 8. Merci-Gracias. Gələcəyə geri dönüş.

Səudiyyə Ərəbistanda və İslam-Quran qaydaları ilə idarə edilən dövlətlərdə belə qanunlar var idi əvvəllər. Söyüş söyənin dili kəsilir, əlhaqqsıza əl qaldıranın əli kəsilir. Hammurapi qanunlarından da bir neçə qanun xatırlayıram heç bir ədalətə məntiqə söykənməyən. Misal üçün, əgər sənin saxladığın heyvan qonşunun malına ya da özünə ziyan vurubsa iki yol var idi. Əgər qonşunun iti heyvanı varsa eynisini sənə və sənin mülkünə etməliydi. Əgər yox idisə, onda sənin heyvanın öldürülməliydi. İki halda da qonşunla bərabərləşdirilməliydin. Bərabərlik ədalətin mülkü hesab olunur bu kimi ideologiyalarda. Bəzən məntiqli, bəzən məntiqsiz, bəzən humanist, bəzən də qeyri-humanist. Ancaq həqiqət bu idi. Misal üçün, NASA-ya getsəz, bərkdən hamının var-yoxundan tutub ən həssas nöqtələrinə qədər söysəz orada oturan alim-dahiləri, heç biri sizə hücum etməyəcək. Güləcəklər, reaksiya verməyəcəklər və də sizi çölə çıxardacaqlar. Çünki, anlamayacağınız qədər olgun insanlardır. Necə ki, balaca bir uşaq gəlib hamıya söyəndə heç kəs ciddiyə almır ki, o hələ hər şeyi dərk etməyib, o hələ uşaqdır, o hələ hər şeyin fərqinə varmayıb. Eyni reaksiya olacaq. Fərqindəlik. Çoxumuzun hələ də fərqinə varmadığımız bir anlayış. Bakının düşüncələri çox mürəkkəb idi. Ədalət, haqq, bərabərkik lik kimi anlayışlar ona o qədər də ciddi gəlmirdi. Bütün beynindəki informasiyaları və beyinlə əlaqədər mənəvi anlayışları itirmişdi. Bakı bu gün Septiniyə qoşulmuşdu. Həqiqətin özünü tapmaq üçün. Ən qeyri-adi biliklərə və yenə qeyri-adi anlayışlara yiyələnirdi. Septini nə ailə deyildi, nə ordu quruluşu, nə də ki, hansısa bir mövcud olmuş insan qrupu forması. Heç bir insanın görmədiyi, anlamadığı bir sistem idi. Heç bir hədəfi yox idi. Hərəkatı ayaqda saxlayan tək şey isə qisas və nifrət anlayışları idi. Septiniyə qoşulmağın tək yolu vardı, həqiqətən də kiməsə və niyəsə əslən nifrət etməliydin. Bakı bunu bacarmışdı. Bütün varoluşa nifrət edirdi. DNT-sindəki milyarda yaxın simvolla əlaqəli olan bütün varoluşa. "Merci-Gracias" isə Septinin növbəti planı idi. Bütün qurbanlar qurbanların inanclarının tələb etdiyi qaydalara uyğun, Septini keyfiyyəti ilə, vaxtında, yerində həll ediləcəkdi. Planın adı isə "Merci-Gracias" idi. Təşəkkür edəcəkdik.


Bölüm 9. Nəzəri keçmiş.


Septinidə olarkən Müəllim Bakıya hər şeyi izah etməyə başladı. Növbəti 7 qurbanın kim olduqları və niyə onların qurban seçildiklərini. Septinidəki 4-cü qolda idi Bakı. Müəllim isə 1-ci qoldan idi. Hər şeyi Bakı anlasa da niyə "Merci-Gracias" idi planın adı, hələ də anlamırdı. Necə ki, təşəkkür etmək? Bu nə idi axı? Bütün puzzle tamamlayırdı. Hacker manifestosu, Hippokrat andı və qanunları, qatillərin nizamnaməsi, 9 böyük kitab. Bakı beyin olaraq istiqamətləndirilirdi. Ağrı hiss etmirdi. Hissiyatı söndürülmüşdü. İQ göstəricisi maksimumlaşdırılmışdı. professional hackerlik professional xakerlik kursları keçmişdi. Kosmonavtların dayanıqlılıq kurslarını, FBİ-dakı "Spy" və "Moon" kursları da həmçinin. İnancı yox idi. Varoluşa da inanmırdı. Sadəcə və sadəcə nifrət. Proqramlaşdırılmışdı. Digərləri kimi. Ancaq "kim proqramlaşdırır bizi?" sualının cavabını tapmamışdı. Keçmişdə baş verən iqtisadi xəyanət bir robotlaşdırılmış insan və sistemləşdirilmiş robotlar tərəfindən yerlə-yekisan ediləcəkdi. Qarşı tərəf(lər) isə hələ də qələbəni yaşayırdılar. Uşaqlara baş qatmaq üçün verilənlərdən. Müvəqqəti olanlardan. Raundu udub, oyunun udacağını zənn edənlərdən. Septini hələ başlamamışdı.

Bölüm 10. Nəzəri indi.


2017-ci ilin yanvar ayı. Buxarest şəhəri. Virtual muzeyin yaxınlığı.

Bakı ilk iki travmasını bir-birləri ilə yox etmişdi. Merci-Graciasdan sonra ikiləşmə yaşamışdı. Bəzən heç nə hiss etmir, bəzən də hər şeyi hiss edirdi."Operation Khaos", "Bak(ı), İstanbul", "MerciGracias", "OperationLonggestHunting" kimi əməliyyatlardan çıxmışdı. Kaballaha istinadən təcrüəbsi artıq onu öyrənən levelindən öyrədən levelinə keçirtmişdi. Özünün şəxsi  komandası vardı. Quranda və Hammurapi qanunlarında olduğu kimi olmuşdu hər şey. Söyüş söyənlərin dili kəsilmişdi. İkinci İstanbula Burger King menyusu adı ilə yedirdilmişdi. Bakıya dəyən hər zərbəyə uyğun cəza kəsilmişdi. Əgər şəxs Bakıya eyni əli ilə 2 dəfə vurmuşdusa, ilk barmaq uclarından 13 sm məsafəyə qədər kəsilir, sonra isə 6 sm daha. Bu riyazi işgəncə idi. Qız İstanbulu isə öldürməmişdi. Plana görə ölməli idi. Bütün öyrəndiklərinin paralelində cərrahiyə və dərzilik öyrənmişdi Bakı. İstanbulun dərisini başqa bir qızın üzünə tikmiş, öldürülmüşdü. Əsl İstanbul isə hələ də adaşı olan şəhərdə sənədsiz qalmışdı. Deyəsən Suriyalılarla qalırdı. Septinin 5-ci qolundan olan Məhəmməd onu himayəyə almışdı. Septini əhlinə uydurduğu bu yalan Bakını içindən məhv edirdi. Deyəsən nəsə hiss edirdi. Baxmayaraq ki, o vaxt sevdiyi qız ona tələ qurmuşdu. Baxmayaraq ki, Bakı heç nə hiss etmirdi. Deyəsən hiss edəcəkdi. Hiss etmək üçün son ümidi idi Bakının. Onsuz da sevərkən üz cizgilərinə və bədən izgilərincizgilərinə fikir vermirdi. Ona mənəvi qayğı lazım idi. Düşüncəüstü mənəvi qayğı. Azad gələcəkdi az sonra. Septinidə 3-cü qoldan mühasibatçı. Köhnə dost. Bakının beynində neyrotravma neyrotravmanı məhv etməmişdi. Sadəcə üst-üstə gəlmişdi. Deyəsən beyin meşə qədər sadə quruluşa sahib deyilmiş. Deyəsən Septni bu dəfə haqqsız idi. Ancaq bunu heç kəsə demirdi Bakı. Çünki, olduğu kimi etməmişdi hər şeyi. İstanbul sağ idi. Hələ də heç nə hiss etmirdi. Deyəsən belə də davam edəcəkdi.


Bölüm 11. Nəzəri gələcək.


2019-cu il. Nyu-York şəhəri. Bakının İstanbulla görüşü. Linkoln döngəsi. "19-cu cadde".

İstanbulu illər sonra görəcəkdi. Üçüncü İstanbulu. İkinci İstanbulun ikinci bədənini. Bütün hər şey həll olmuşdu. Bakı Septinidə ideologiya sahiblərindən biri idi. Hətta, İstanbulu da Septiniyə əlavə etmişdi Məhəmmədin əli ilə. İstanbul professional dizayner idi. Bütün qətlləri, bütün planların dizayn işləri İstanbula həvalə olurdu. Ancaq adı yox idi. Adsız biri kimi qəbul olunmuşdu. Görüşdülər. İstanbul da ağlamağı unutmuşdu. Bakı da. Bakı travmalarından qurtulduğunu hiss etdirtmək üçün ağlamaq istədi. Alınmasa da cəhd etdi. İstanbul buna qəhqəhə çəkdi.

-Hər şeyi öyrənmisən, cənab Bakı. Hər şeyi. Bilirsən ki, kukla teatrında səhnə arxasını görən uşaq nə hiss keçirdir, hansı refleksləri verir, hansı travmaları yaşayacaq və nəticələri necə olacaq. Dostunu xilas etmək üçün canından keçməyə hazır olmağın necə bir şey olduğunu bilirsən, illər sonra o dostun səni anmayacağını da bilirsən, valideyinlərin övladlarını necə sevdiyini bilirsən. Necə qayğı göstərmək lazım olduğunu da bilirsən. Qayğı da göstərirsən. Təcavüzə uğramış bacının sabahısı gün ölməsini və ailə dramını, ailə kədərini ən yaxşı dərk edənlərdənsən. Kriptoqrafik və astrofiziki sirrlərlə yaşamağı və bunları kəşf edərkən "evrika!"-nı belə bilirsən. Adaşının içində yasına süni-rəsmi ölməyi, yenə adaşında itməyi də bilirsən. Hansı hissləri keçirtmək lazım olduğunu hansı refleksləri... Ancaq tək problem var, əzizim. Tək problem. Sən sadəcə bilirsən. Harada nə etmək lazımdı bilirsən. Kim necə reaksiya verməlidir bilirsən. Nə demək lazım olduğunu və necə davranmaq lazım olduğunu. Hansı mimikaya düşməyu, hansı jestləri etməyi. Ancaq hiss etmirsən. Heç vaxt da hiss etməmisən. Etməyəcəksən də. Sən insan deyilsən.

+İstanbul, hiss etməyim üçün səni öldürməliydim, öldürsəm sevgimin yasını saxlamalı olacaqdım, öldürməsəm səni yaşadacaqdım. Ya mən nəsə hiss edəcəkdim, ya da hiss edəcəyim insan nə yaşayacaqdı, 19%-li oksigeni qəbul edəcək və bütün kosmoloji şüuraltısı sadəcə bir gün ona ən gen qayğını göstərən insana qarşı nifrətlə dolacaqdı. Sən iki travmanı da aldın. Sən artıq sağalmısan. Sən artıq insansan. İkimizdən biri üçün olacaqdı. Sən. Mən. Mən seçdim, sən seçildin. Bu qədər. Özünə yaxşı bax.

-Dayan, son bir şey deməliyəm. Bilmədiyin bir şey var. Da Vinçi üçbucağı. İlk öncə insana yalanı deyirlər. Bu şüuraltında qəlib yaradır. Ən dərinini. Sonra gerçəyi söyləyirlər. yalan o qədər inandırıcı olur ki, deyilən həqiqət belə yalana qalib gələ bilmir. Sonda isə üçüncü yalanı deyirlər. Bu üçbucağı tamamlayır. Və səni yox edir. Septini kimi. Nifrət kimi. Qisas kimi. Zülmətin qarşısını heç vaxt zülmətlə almırlar. Zorakılığın qarşısını heç vaxt zorakılıqla almırlar. Nifrətin qarşısını. Nifrətin qarşısını heç vaxt nifrətlə almırlar. Eləcə də bir travmanı. Sadəcə sevgi və inanc lazım idi. Dünyanın ən ağılıı birinə hər gün "sən dəlisən" desən və özü bunu gün ərzində iki-üç dəfə təkrarlasa illər sonra həqiqətən də dəli olacacq. Müəllim sənə əvvəl düzünü dedi. Meşə yanğınları məsələsi həqiqət idi. Dəniz dalğaları da. Ancaq, ancaq bu nifrəti nifrətlə müayinə etmək lazımdır demək deyil. Ağlını toparla. Səni bu günə salanlara qarşı yönəl. Onları məhv etsən insanlığını və sevgini geri qazanacaqsan. Sənə tək şey lazım olacaq. "Ustadına kəm baxanın gözlərinə qan damar" misalı yox, "Səni məhv edən insanın özünü ustad kimi təqdim etməsini və sənə daimə səndən üstün olacağını söyləməsinə" qarşı bir inanc. Ki, sən ona üstün gələ bilərsən. Səni tam məhv edə bilmədilər. Əgər onlar 100% dəqiqliklə işləsəydilər bu gün mən yox idim. Səndə qalan 1% sevgiylə sən məni yaşatdın. Səndə sevgi də var, inanc da. Olmasa mən olmazdım. Mən bütün bunların bariz nümunəsiyəm. Çalış, zülməti məhv etmək üçün aydınlığa qovuş. İstəməsəİstəməsən ya da bacarmasan gəl o 1%-i də məhv et. Burada gözləyəcəm səni. "19-cu caddede".


Bölüm 12. Zamansızlıq.


Bakı beyin olaraq yenə çökmüşdü. Meşə yanğınında Müəllim haqqlı idi. Zülmət məsələsində isə İstanbul. Dilemma yaranmışdı. Bakı ya ürəyinin səsini dinləyəcək, zülməti məhv edəcəkdi. Ya da beynindəki stereotipik qalıqlarla meşədəki yanğını söndürəcəkdi. Ya da özü üçün üçüncü yolu seçəcəkdi. Bəşəriyyətin ən süni və ən ali varlığı olacaqdı. Bir dəqiqə, meşədəki yanğın aydınlığı gətirir, bu dəqiqdir, alov işığa sahibdir. Deməli, yanğından öncə zülmət varmış. Yaranan yanğın zülmətə qarşı idi. Aydınlıq üçün. Növbəti Bu aydınlıqdan qurtulmaq üçünsə növbəti aydınlıq lazım idi. Zülmətə yenidən qovuşmaq üçün. Onda belə çıxır ki, zülməti də zülmətlə yox etmək olardı? Xeyir. Zamanlar yox olmuşdu. 4 məhfumun arasındakı əlaqəni çözmək lazım idi. Həqiqətin bir addımlığında idi. Zülmət, aydınlıq, yanğın və yanğınsızlıq. Zülmət və yanğınsızlıq tünd anlayışlardır. Zülmət mənfi, yanğınsızlıq isə müsbət anlayış idi. Aydınlıq və yanğın da açıq anlayışlardır. Aydınlıq müsbət, yanğın isə mənfi. Burada seçim etmək lazım idi. X və Y oxu. Funksiya oxu. Riyazi həqiqəti dərk etmək lazım idi. Ortada Rəqəmsal "meşə" vardı. Çözmək üçün beyin lazım idi. Yoxsa hisslər? Bakı düşünürdü. Sadəcə düşünürdü. Həyatda heç nəyi olmayanda ona arxa çıxan Müəllimi yoxsa həyata geri döndürə biləcək İstanbulu? Çətin seçim olacaqdı. Bakı bütün bunları çözmək üçün bir meşəyə getməyi planlaşdırdı. Özü də adi bir meşə yox. Rəqəmsal meşə. Həqiqəti dərk etməliydi. Bunun üçün NASA-nın labarotriyalarından birində rəqəmsal olaraq yığılmış dünyalardan birinə transandal keçid lazım ola bilərdi. Bu bir az əlçatmaz ola bilərdi. Aylarını alsa da professional aparatlarla 360 dərəcə və panoramik şəkillərlə bir meşəni virtual yığa bilərdi. Necə kömək edəcəkdi ki? Bilmir. Bilmirəm. Bilmirsən. Üzləşmək ən yaxşısı olacaqdı.


Bölüm 13. Üçbucaqlı nöqtələr...


Bakı Müəllimlə əlaqə saxladı. Təcili görüş üçün əlaqə saxladığını söylədi. Nyu-Yorkda görüşəcəkdilər. Ardından İstanbulla əlaqə saxladı. Yenə də təcili görüş səbəbi. Bakı hər şeyi çözəcəkdi. Hər ikisinə də hər şeyi deyəcəkdi. Bu onu bütün məsuliyyətdən uzaqlaşdıracaqdı. Mənəvi yükdən azad edəcəkdi. Budur. Görüş günü gəldi. Hər şeyi danışdı Bakı. Sonda sualı açıq müzakirəyə qoydu. "Zülmət, aydınlıq, yanğın və yanğınsızlıq, iki mənfi, iki müsbət anlayış, iki tünd, iki açıq anlayış. Cavabı tapın". İstanbul Bakının böyük bir sualın öhdəsindən gələcəyini anladı. Ən azı ümid edirdi. Müəllim isə bərkdən qəhqəhə çəkdi. Qəhqəhənin səbəbi isə bütün bunları əvvəlcədən bildiyi idi. Bunları Müəllim deyəndən sonra Bakı ondan da bərk qəhqəhə çəkdi. "Bütün bunları bildiyini bilirdim". Bu qəhqəhə daha qəddar idi.
B: -Bura yığılışmağımızın səbəbi bunlar deyil.
M: -Nədir bəs?
İ: -Yeni bir oyun?
B: -Bütün Septini işin içində olacaq. Hər kəs məhv ediləcək. DNT bankı sayəsində hər şeyi sıfırdan yaradacam. Öldürdüyüm üçün üzr istəyirəm, çünki dəyərsiz insanlarsız mənim üçün. Yenidən yaradacığım üçünsə yenə üzr istəyirəm. O qədər dəyərlisiz mənim üçün.


(davamı olacaq)

 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
4+18=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0322 saniye