Bakı xəyəllar şəhərim
Bağırlı Mətanət tərəfindən "Digər yazılar" bolməsinə 01:35 18 may 2012 tarixində əlavə olunmuşdur

Bakı – arzular şəhərim… Əvvəllər səni yalnız sənə həsr olunan nəğmələrdən, şeirlərdən eşitmişdim. Uşaqlıq illərimin ən böyük arzusu idin…

Bakı – paytaxt şəhərim… Mavi Xəzərimin ağuşunda qərarlaşan, uzaq üfüqərə doğru uzanan möhtəşəmlik timsalısan…

Bakı – sərvətlər şəhərim… Öz neftinlə bir çoxlarını səcdəyə gətirdin… Tanımayanlar tanıdı, bilməyənlər bildi səni…

Bakı – tarixi şəhərim… Azərbaycanımın ayıq-sayıq keşikçisi… Neçə- neçə yadelli hücumlarına məruz qaldın, amma yıxılmadın, hər zaman məğrur dayandın…

Bakı – nisgilli şəhərim… Axı sən Azərbaycanımızın bütövlüyünü istəyirsən… Onları bir arada görmək istəyirsən…

Bakı – ümidlər şəhərim… Sənə üz tutan neçə – neçə insanlara mehribanlıqla qucaq açırsan… Heç bir yadlıq, ögeylik hiss etdirmirsən…

Bakı – küləklər şəhərim… Xəzrin, gilavarın… Həzin nəğmətək səslənən külək səslərin insana layla çalır sanki..

Bakı – xəyallar şəhərim… Səndə gerçəkləşdi bir çox xəyallarım… Daha böyük xəyallarla qanadlandırdın məni…


... dəfə oxunub
Qiymət: 8/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
6+13=
Hesaba giriş
Müəllif

Bağırlı Mətanət
Haqqında
Teleaparıcı olmaq istəyirəm.Yazı yazmağı çox sevirəm.Ən çox da insanların problemlərini və onları maraqlandıran mövzu  haqqında ətraflı araşdırıb yazmağı daha çox sevirəm.
Əlaqə
E-mail:
sadiqbagirli@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0375 saniye