Bu gündən etibarən həftənin hər cümə günü Bakı Metropolitenin təşkilatçılığı və Bakı Musiqi Akadeniyasının dəstəyi ilə Bakı Metropolitenin stansiyalarında musiqili saatlar keçiriləcək.
Hazırda davam edən musiqili kvartet 28 may stansiyasında şəhərimizin sakinlərinə dünya və Azərbaycan klassik musiqisindən seçmələr ifa etməklə onlara xoş əhval-ruhiyyə bəxş edir.
Qeyd edək ki, bu layihə Üzeyir Haclbəylinin 130 illik yubileyi çərçivəsində həyata keçirilir.
Gələn həftədən isə "28 may" və "İçəri şəhər" stansiyalarında davam edəcək.