Qönçə dodaqların bal süzür indi,
Kişmişin yaxşısı quşa qalan tək....
Taclı tər çiçəyin məs gəzir indi,
Aranın al narı Muşa varan tək....
* * *Qırmızı, gündöyən yeri almanın,
Dümağdır, gündəyməz zehi heyvanın,
Paçalı, bütövdən şirindi narın,
Şərabın köhnəsi nuşa yatan tək...
* * *
Ustacın bir mərrə ağlı qalmayıb,
Nə çox, dağlar yarıb, səhra dolanıb,
Armudun yaxşısı ayıya qalıb,
Naşının xırmanı qışa qalan tək....
21-23.04.2016 / Bakı