Balaca Həsənlə anası
Azər Əliyev tərəfindən "Hekayə" bolməsinə 11:15 29 iyun 2014 tarixində əlavə olunmuşdur

Balaca Həsən bir axşam atasının ödəməli olduğu borcları hesabladığını görəndə tez öz otağına getdi. Ağlına bir fikir gəlmişdi; Anasına göstərdiyi xırda-para yardımların haqqını pul şəklində çox rahatlıqla istəyə bilərdi.

Ertəsi gün kiçik Həsənin anası mətbəxdə stolun üstündə bir parça kağız gördü. Kağız parçasında bu sözlər yazılmışdı:

Ananın oğlu Həsənə olan borcu:

Bazardan çantaları evə daşımaq haqqı – 550 lirə

Məktubları poçta aparmaq haqqı – 300 lirə

Yaxşı bir övlad olduğuna görə - 1500 lirə

Çiçəklərə su vermə haqqı – 900 lirə

Cəmi – 3250 lirə

Həsənin anası kağızın üzərində bu yazılanları oxuyandan sonra heç nə demədi.

Həsən həmin axşam mətbəxdəki stolun üstündə 3250 lirə pulu görəndə o qədər sevindi ki... Görən kimi də tez götürüb cibinə qoydu. Lakin pulun yanında bir hesab kağızı da var idi. Kağızda yazılmışdı:

Həsənin anasına olan borcu:

Evdən xoşbəxtlik içində keçirdiyi 10 ilin haqqı – 0

10 il ərzində evdə yediyi yeməyin haqqı – 0

Xəstələndiyi zaman baxmaq xərcləri – 0

Yaxşı bir anası olduğuna görə verməli olduğu haqq – 0

Cəmi – 0

Balaca Həsən kağızda bu yazılanları oxuyanda yaman peşman oldu. Elədiyi səhvi başa düşdü. Gözləri yaş içində anasının yanına qaçdı.  Onun qolları arasına atılaraq bağışlanmasını istədi və 3250 lirəni yavaşca anasının cibinə qoydu. 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+6=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.025 saniye