Balaca Qadın
Xuraman tərəfindən "Şeir" bolməsinə 18:14 23 noyabr 2013 tarixində əlavə olunmuşdur

Yağış damlalarından süzülərək,
Torpağa heç qarışmadan yaranan qadın..
Sinəsində fırladaraq dünyanı,
Ürəyini kül topuna çevirən qadın.

Saçlarının hər telində qurşaq yaradıb,
Barmaq uclarıyla yeriyən, qadın..
Nəfəsində buz dağları əriyib,
Bir Şəms kimi səmaya səpələnən qadın..
O balaca qadın..

Yaralı baxışlarını çəkmədən acılardan,
Soyuq dustaqxananın qapısında çürüyən,
Ölmüş ruhun adına bir şəhadət oxuyan,
Saçlarını çiyninə dağıdan qadın..

Kiprikləriylə gün batışı enərcəsinə,
Sürməsində il,əsrlər keçərcəsinə,
Sözlərinə bir həqiqət enərcəsinə,
Susmuş illərini xırdalayan qadın..

Qara bəbəkləri yaş toplayınca,
Buludlar başında saray qurunca,
Mehrində biriya gülüş tapınca,
Cismində ruhunu itirən qadın..

Və tutduqca pünhan diləklərini,
Və gizlədikcə sədəf dənizlərini,
Adını çəkdikcə uzaq yazların,
İçində qışını isidən qadın..

Bağlandıqca bir ümidin sözünə,
Qaçışını izlədikcə insanların,
Bir küncü çox bilib özünə,
Müəttər bir yerdə vuruşan qadın..
O .. balaca qadın..

 


... dəfə oxunub
Qiymət: 9/10(33 səs)
[qiymət ver ]
Şərh yaz
1+17=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0217 saniye