Balaca şairlər bətnlərində ölərlər
Xuraman tərəfindən "Şeir" bolməsinə 19:24 29 may 2014 tarixində əlavə olunmuşdur

Niyəsə bu aralar içimdən getmək gəlir,
Çıxardıb ruhumu təslim etmək yoxsul bir qıza,
Harasa, heç kimsiz və xəbərsiz uçmaq gəlir..
Nədənsə səbənsizəm bu günlərdə,
Ardı-arası kəsilməyən aldanışların,
Yerinə musiqi toxumu səpib röyalara dalanda..
İzlərimi sildikcə keçmişin rəflərindən,
Bir ana sığalına şillə kimi susmaq keçir içimdən..
Bu aralar bətnimə sığınıb, əlimi çəkmişəm yaşayanlardan.
Onlar dirilər qəbrstanlığına gömülmüş ən solğun çiçəklər idi..
Onlar balaca bir qızın dodaqlarından çıxan kəlmələr idi..
Onlar uçdu-getdi iki günlük sevdalara,
Balaca qız ruhunu yanğınlarda kül edib, elə getdi..
Bəlkə də belə getdi..
Bəlkə də döndü getdi..
Amma Cavid demişkən,niyə döndü? niyə baxdı? niyə getdi?
Xamuşluğun dadını kimsə bilməz..
İçinə qapanıb saniyələri saydığını yaradılan görməz..
Bir-bir təqvimə yapışdıqca tərk edişlər,
Biz əsrlik susqunluqlarda itdikcə,
Və siz də ey ruhunu satıb, qadın saçlarına vurulan,
Və siz də, ey bədənsizləri lağa qoyan,
Hə, sizi də unutmayım, ey kəpənək ömürlülər,
Siz yaşamağa çalışmadan həyata aşiq olanlarsız..
Hardan biləsiniz balaca bir qızın bətnindəki mələyi?
Hardan görəsiz udum-udum ölüm badəsini içən şairəni?
Siz onu ancaq yuxarılarda görəcəksiniz,
Tanrının göz yaşında..


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+14=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0224 saniye