Balıqçı arvadı
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 10:51 01 noyabr 2018 tarixində əlavə olunmuşdur

Balıqçı arvadı

(hekayə)

             Otuz il bundan qabaq sənin indiki balıqçı ərinlə balıq tuturduq, balıqçı arvadı... Bağışla, “indiki  ərinlə” dedim, sənin əvvəldən elə bir ərin olub, axı...

            Çay qırağında yanaşıydı yerimiz, yan-yanaydı tilovlarımız, yan-yanaymış, guya ürəklərimiz... Hər gün beləcə balıq tutardıq onunla.

          Səni sevdiyimi bilirdi... Çünki hər dəfə evinizin yanından keçndə, daş hasarınıza bərkidilmiş balaca ceyran heykəlinə baxıb züm-zümə etdiyimi, o kar qulaqlarıyla çox eşitmişdi: - “Ceyranım, ay ceyranım, baxma mənə yan, ceyranım”.

         O isə mənə gülüb deyərdi; - o ceyran heykəli deyil, uzunqulaq heykəlidi.

          Qınamırdım onu, ona görə ki, o, buralara gəlməmişdən qabaq gözünü açıb, elə hey uzunqulaq görmüşdü.

         Beləcə, mənim ağlımda, o balaca  daş ceyran heykəli, gözlərim tilovumu tərpədən bobla balıqlarda ikən, sən demə, onun gözü səndə, “qızıl balıq”da imiş....

         Onu yaxşı tanıyırdım,  çox vaxt  tilov əvəzinə tor götürərdi; - “tora balıqlar yaxşı gəlir”- deyərdi.

          Onun torla balıq tutduğunu görməsəm də, “tora saldığı balıqları” çox görmüşdüm. Onu qınayırdım bu əməllərinə görə. Deyirdi ki, qoy, toruma bir dənə “qızıl balıq” da salım, sonra  atacam bu “peşənin” daşını...

           Kişi sözünə əməl etdi, saldı səni toruna...

          Bu sadəlövh ağlımla elə bilirdim sən onun “toruna” düşməzsən. Eşitmişdim ki, qızıl balıq  tora  düşmür, düşəndə də,  yaşaya bilmir.

        Sənin heç bağrın da çatlamadı, qızıl balıq kimi, balıqçı arvadı. Öz yağında bişdin, xörəyi oldun balıçının, balıqçı arvadı...

         Otuz il keçib, yenə ərinlə balığa gedirik. Mən tilov götürürəm o isə  yenə də tor atır.” Hər gün də toruna “balıqlar” düşür.

            ... İndi məni sevdiyini deyirsən, balıqçı arvadı... Otuz ildir məni, hər gün ərinin tutduğu, yediyinizi yeyib, yemədiyinizi duzıayıb qaba qoyduğun balıq  kimi yarıb, içimi  duzlayırsan, balıqçı arvadı. Gör, mənə necə cəza verirsən... şitimi şit, ölümü də duzıayıb yeyirsən, balıqçı arvadı...


... dəfə oxunub
Qiymət: 6/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+23=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
meyxos.abdullah@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0222 saniye