Barmen
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 04:47 27 iyul 2016 tarixində əlavə olunmuşdur

İki  ildir “Pirat”da  barmenəm. Çoxu  barın  bordel  olduğunu  düşünsə  də, bu  sadəcə  əyləncə  yeridir, yaxud kimisi  üçün  həyat  tərzidir. Necə  deyərlər, gecə  həyatını  sevdiyim  üçün  bu  işi  seçmişəm. Tənhalığı  sevsəm də, bardakı  çoxluğu  bəyənirəm. Əlbəttə  ki, içki  üçün  sinov  gedirəm. Uzun  saç  deyiləm, heç  saqqalım da  yoxdur, amma simpatik  şirinəm. Bütün  barmenlər  kimi  tatum  var.

Gündəlik  qazancım  100-150  manatdır. Bu işin  yaxşı  tərəfidir. Bara  qara  kostyumda  iki  şübhəli  silahlı  şəxs  girdikdə  bu  işin  pis  tərəfi  olur. Kassadakı  pulları  səndən  istəyirlər. Sənsə  barın  sahibinə  zəng  edirsən. Onlar  aralarında  nəsə  danışırlar. Şübhəli  adamlar  səssizcə  gedirlər. Bir az  ölüm  təhlükəsi  var, qısacası.

Barmen  işləyəndən  müxtəlif  insanlarla qarşılaşmışam. Deməli, bir  qaqaş  gəlir  bara  sümsük  it  kimi  arıq, yaraşığı  yox, amma  yanındakı  qız bahalı  kukla. Qaqaşın  altında  gümüşü  Porsche, adam  lap  oğlanın  yanındakı  qancığın  yerində  olmaq  istəyir. Sonra  görürsən  ki, bir  qız  gəlir, itici  xasiyyəti  var,  ünsiyyət  qurmaq  istəyirsən, az  qalsın  sənlə  dalaşsın. Barni  stoykaya  yaxınlaşır, meyvə  suyu  istəyir. Gülümsədim. Dedim ki, meyvə  suyu  yoxdur, kokteyl  verə  bilərəm. Qız  spirtli  olub-olmadığını  soruşdu. Mən  özümü  saxlaya  bilməyib  güldüm. O  gülümsədi. O  dəqiqə  bilinirdi  ki, ilk  dəfədi  bara  gəlir. Kokteyli  verdim  və  yanında  da  sual  verdim: “Deyəsən  ilk  dəfədi  bura  gəlirsən?” Dedi  ki, hə. Harda  oxuduğunu  soruşdum, dedi, Azərbaycan  Dillər  Universitetində. Və  qız  axırda  anladı  ki, bar  həyat  tərzi  onluq  deyil  və  çıxıb  getdi.

Qısacası, hər  cür  fərqli  insanla  tanış  olursan. Həmçinin  tanışların  çoxalır, əhatə  dairən  genişlənir. Bara  gələn  qızların  çoxunun  tatusu  var, amma  onların  hamısı  “verən”  deyil. Aralarında  bakirələri də  olur. Aida  onlardan  biri  idi. Bu  qız  mənim  yaddaşımda  qaldı  və  bu  hekayənin  əsas  personajıdır. Bir  siqaret  yandırıb  onun  haqqında  danışmaq  istəyirəm.

Məktəblərdə  son zəng  günü idi. Hara  baxırsan son zəng  geyimində  sevincli  məktəbliləri  görürsən. Onlara  baxanda  öz  son  zəng  günüm yadıma  düşdü. İşə  gedirdim. Əla  əvhalım vardı. Motosikletimi  təzəlikcə  yumuşdum. Yolda  şütüyəndə  maşınlar  mənə  baxırdı. Bəlkə  içdən  məni  qısqanırlar, çünki  mən  heç  vaxt  tıxacda  qalmırdım. İş yerimə  çatdım. Motosikleti parking  elədim. Bara  girdim. Saat 23:08-i  göstərirdi.

Beləliklə, işimə  başladım. Musiqini qoşdum. Ətrafı  səliqə-sahmana saldım. Qapını  açıq  saxlayıb  öz  yerimə  keçdim. Müştərilərin  gəlməyini  gözləyirdim. Bəzən  heç  kimin  gəlməyini  istəmirdim. Ola  bilsin  bu  yorğunluqdandır.

Müştərilər  gəlməyə  başlayırdı. İçəri  yavaş-yavaş  qızışırdı. Müştərilərə  xidmət  göstərirdim. Həmin  gecə  nədənsə  üzümdən  gülüş  əskik  olmurdu. Vaxtın  necə  getdiyini  bilmirdim. Saat  təxminən 1, 2-nin  yarısı  olardı. İçəri  son  zəng  geyimində  şirin  bir  qız  daxil oldu. Bəlkə də o, diqqətimi  fərqli  geyimdə  olduğuna  görə  çəkmişdi. Çox  kefsiz  vəziyyətdə  idi, elə  bil  son  zəngdən  yox, yasdan  gəlirdi. İçəri  girdi  və  barni stoykaya  yaxınlaşdı. Oturdu. Bira  sifarişi  verdi. Sifarişini  gətirdim, niyə  kefsiz  olduğunu  soruşdum. Sərt  şəkildə  “işinlə  məşğul  ol”  dedi. İncimədim bu  cavabdan. İnciməməyimin səbəbi də qızın  qıvrım-qıvrım saçlarıydı. İçə-içə  onunla  danışmağa  çalışırdım. Qız  ola  bilsin  istifadə  olunmasından  qorxurdu. Ona  görə  belə  sərt  cavablar  verirdi.

Bir-iki  bokal  içdikdən  sonra  qızdan  soruşdum  ki, niyə  kefin  yoxdur? Sərxoş  şəkildə  başını  yelləyib  “heç... atamla  dalaşmışam, getməyə  yerim  yoxdur”. Mənə  gəlməyini  təklif  etdim. Bir az  fikirləşib   razılaşmadı. Çox  təkid  etmədim. Adını  soruşdum. “Aida”  dedi. Bundan  sonra  öz  işimlə  məşğul  olub  onu  özüylə  tək  buraxdım.

Bir də  baxdım  ki,  saat  səhərə  yaxın 5-dir, 6-ya  işləyir. Müştərilər  azalıb. Aida  da  eləcə  başını  masaya  qoyub  oturub. Artıq  zır  sərxoş  idi. Mikrofona  yaxınlaşıb  səsləndim:

-Hey  Gənclər, bugünkü  gecə  həyatımız  bu  qədər. İnşallah  qismət  olsa, sabah  görüşərik”.

Son  musiqi  müştərilər  üçün  səslənir  və  hər  kəs  dağılışır. Təkcə  Aida  qalır  və  ona  yaxınlaşıram. Soruşuram  ki, bağlayıram, hara  gedəcəksən? Başını  qaldırıb “bilmirəm, getməyə  yerim  yoxdur, saat 9-da  qızla  görüşməliyəm,  yəqin  küçədə  qalaram”. Son  dəfə  cəhd  edib  mənə  getməyi  təklif  etdim. Əlacsızlıqdan razılaşdı.

Barı  bağladım. Qızla  birlikdə  çıxdıq. Qız  ayaq  üstə  dayana  bilmirdi. Ondan  barın  qabağında gözləməyi  xahiş  etdim.

-Hara  gedirsən? -soruşdu.

-Gözlə, motosikleti  götürüb  gəlirəm, -dedim. Sanki  bir  anlıq  gülümasədi, elə  bil  bu  onu  təəccübləndirdi  və  sevindirdi.

-Heç  vaxt  motosikletə  minməmişəm...

Əvəzində  gülümsədim  və  motosikleti  götürüb  gəldim. Qız  motosikletə  minməyə  qorxurdu. Dedim  ki, qorxma, otur, məndən  möhkəmcə  tut. Motosikletə  əyləşdi. Soyuq  şəkildə  məndən  tutdu. İrəlilədik. Mən  sürəti  artırdıqca  o  daha  çox  məni  qucaqlayırdı,  sıxırdı. Sürəti  heç  azaltmaq  istəmirdim,  bu   mənim  xoşuma  gəlirdi. Amma  qıza  nəsə  olacağından  qorxurdum. Yavaş-yavaş  sürəti  azaldıb  evə  tərəf  gedirdim. Evə  çatıb  motosikleti  blokun  qarşısında saxladım. Düşdü. Qızın  qorxudan  rəngi  ağarmışdı. Motosikleti  parking  eləyib qızın  yanına  gəldim. Binaya  girdik. Liftə  minib  4-cü  mərtəbəyə  qalxdıq. Qapını  açdım,  evə  girdik. Dostlarım  evdəydi. Sakit  bir  şəkildə  onların  xəbəri  olmadan  qızla  otağıma  keçdim. Qız  çox  sərxoş  olduğundan  mənim  yerimə  çatan  kimi   yatdı. Onun  mənim  çarpayımda  yatmağı  heç  xoşuma  gəlmədi. Heç  vaxt  bir  qız  yatağımda  tək  yatmayıb. Üstünü  örtdüm, işığı  söndürdüm  və  dostlarımın  yanına  getdim. Salamlaşdım. Onlara  xəbərdarlıq  etdim  ki, otağımda  sərxoş  qız  var, yatır, narahat  etməsinlər.

Səhər  saat 7-yə  yaxınlaşırdı. Uni-yə  getməyə  hazırlaşırdım. Duş  qəbul  etdim, saçımı  quruladım,  isti  çayımı  içdim. Dərsə  geyinəcəyim  paltarları  ütülədim, ayaqqabılarımı  təmizlədim. Əynimi  geyinib  qapıdan  çıxanda,  qızın da  səhər  harasa  getməli  olduğu  yadıma  düşdü. Ayaqqabılarrımı  çıxarıb  otağəma  keçdim. Qıza  baxdım, heç  oyatmaq  istəmirdim. Onun  balışı  qucaqlamağı,  saçlarının  dağınıqlığı,  üzünün  şirinliyi  məni  bir  qədər  xəyallara  aparmışdı. Saata  baxdım : saat 07:22-ni  göstərirdi. Dərsin  başlamağına  1  saat  vardı. Qızı  oyatdım, “hazırlaş  çıxaq, dərsə  gecikirəm”  dedim. Uzandığı  yerdən  yarıyuxulu  gözlərini  açıb  5  dəqiqə  uzandı. Mən  də  divanda  oturub  onun  bu  yataqdakı  yarıyuxulu  vəziyyətinə  baxıb  gülümsəyirdim.

15 dəqiqədən  sonra  biz  evdən  çıxmışdıq,  motosikletə  oturmuşduq. Aida  artıq  motosikletdən  və  məndən  qorxmurdu. Bəlkə  də  gecə  ona  heç  nə  etməməyim  onda  mənə  qarşı  güvən  yaratmışdı. Hər  şey  əla  idi. Onun  dediyi  yerə (Nərimanov  metrosuna)  apardım. Çatdıq, düşdü. Məndən gülümsəyərək  nömrəmi  istədi, bəlkə  lazım  olar  deyə. Mən  də  qarşılıqlı  gülümsəyib  nömrəmi  verdim. Qızın  nömrəmi  istəməyi  məndə  nəyəsə  ümid  yaratdı.

Mən  dərsə  getdim. Arxa  partada  oturub  qulaqcıqla  musiqiyə  qulaq  asırdım. Mesaj  gəldi: “Hardasan?” Nömrəni  tanımadığım  üçün  “kimsən?”  yazdım. “Mənəm -Aida” -qız  yazdı. Dərhal  ona  zəng  etdim. Harda  olduğunu  soruşdum. “Məni  düşürdüyün  yerdəyəm, bekaram, istəsən gəl  gəzək”. “Yaxşı”-dedim.

Telefonu  söndürüb  müəllimdən  icazə  alıb  çıxdım. Qızın  yanına  getdim. Bir  az  gəzdik, alış-veriş  elədik. Sanki  10  ildir  bir-birimizi  tanıyırdıq. Əim  qızın  əlinə  dəyəndə  ondan  heç  bir  mənfi  reaksiya  görmürdüm. Üstünə  çox  gedib  onu  ürkütmək  istəmirdim. Beləcə  alış-veriş  eləyib  evə  getdik. Onu  öz  evimdə  qoyub  uşaqlarla  görüşə  getdim.

Axşam  üstü  evə  əlimdə  iki  şərab  və  plitka  şokoladla  qayıtdım. Dostlarım  və  Aidayla   birlikdə  süfrədəydik. Dedik-güldük,  yeyib-içdik,  musiqiyə  qulaq  asdıq. Hər  kəs  öz  otağına  dağılışdı. Mən  Aida  ilə  tək  qaldım. Bir-birimizə  baxdıq. O  artıq  sərxoş  idi. Qalxıb çarpayıda  yerimi  tutdum. Aida  məni  zarafatla  yerimdən qaldırmaq  istədi  ki, “ee burda  mən  yatacam”  deyib  üstümə  yıxıldı. Bu  çox  romantik poza  idi. Baxışırdıq. Birdən ayıldıq  ki, öpüşüb-sevişirik, sevişə-sevişə  soyunuruq. Hər  şey  gözəl  idi. Ancaq  onun  bakirə  olduğunu  yaddan  çıxartmışdım.  O  qədər  ehtiraslı  idik   ki, hər  şeyi  unutmuşduq.

Hə,  səhər  açıldı. Biz  yataqdaydıq. Aida  mənə  qısılıb  yatmışdı. Mən  yarıyuxulu  sərxoş  kimi  ona  baxırdım. Onunla  yatmaq  fikrim  yox  idi, amma  yatdığıma  görə  də  peşman  deyiləm.

Qısacası, oxucunu  yormayım. Biz  bir  müddət  belə  yaşadıq. Mən  artıq  hər  şeydən  bezmişdim. Mən  qızdan  ayrılmaq  istəyirdim. Necə  ayrılacağımı  bilirdim. Onu  Le Chateau Music Bar-a  dəvət  elədim. Görüşdük. Gəldi,  qucaqlaşdıq.  Romantik  Cazla  rəqs  etdik. Mən  rəqs  edə-edə  ayrılıq  xəbərini  onun  qulağına pıçıldadım. Rəqs  dayandı. Mənə  diqqətlə  baxdı. Göz  yaşlarında  gözləri  şüşə  kimi  parıldadı. Heç  nə  demədi. Susdu  və  getdi. Özüylə  öz  sevgi  buludunu da  apardı.

Bilirsiz,  niyə  belə  elədim? Barda  da  tanış  olsam  hardasa  sevdiyim  qızı  niyə  aldatmalıyam? Sadəcə  bezdim,  yoruldum  və  ayrılmaq  istədim. Münasibəti  saqqız  kimi  uzatmaq  nəyə  lazım? Düzdür, birlikdə  olmaq  da,  ayrılmaq  da mənim  seçimimdir. Qız  kədərləndi, mən  də  təəssüfləndim  onun kədərlənməsindən. İndi  bilmirəm  o  hardadır,  kimin  yanındadır. Amma   bizim  haqqımızda  deyə  bilərəm  ki, biz  bir-birimizi  tekila  və  limon  kimi  tamamlayırdıq. Sonradan  bu  içki  nəsə  içməli  olmadı,  dadı  qaçdı.

16  may  2016


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+24=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0521 saniye