Başı bəlalı Azərbaycan qalx ayağa...
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 04:12 22 yanvar 2015 tarixində əlavə olunmuşdur

Hər ötən gün azalır həqiqət carçılarımız- şahid olan gözlər, vıyıltılar qulaqlarında çınlayan, yaralı qəlbi illərdir sinəsində gəzdirən canlar. Zaman əleyhimizə işləyir hər keçən dəqiqədə... Açıq-aydın faktlarla, dəlillərlə, sübutlarla öhdəsindən gəlməkdə zorlanırıq nəsə bu dünyanın gözü kor, qulağı kar olan idarəedicilərinin- siyasətçilərinin qarşısında. Görəsən kimdir onları küçələrə səpələnmiş meyitləri, dağlarda-dərələrdə qışın sərt çağında canını qurtarmaq üçün qaçışan, öldürülən, dərisi soyulan, qızları, qadınları zorlayan, körpələri süngüyə çəkən hələ bir utanmadan rəsmlər çəkdirib bu gün sosial şəbəkələrdə qürurla onu paylaşan, müxtəlif ölkələrin müxtəlif jurnalistərinin suallarına cavabda olanları etiraf etdiyi halda bu uşaq qatilləri hələ də "bu regiondaxili məsələdi biz qarışa bilmərik",  "buradan ermənistan və Azərbaycana səslənirik sülhə imza atsınlar" kimi fikirlər söyləyən ermənipərəst, putindən "it kimi" qorxan həmsədrləri belə ovsunlayan???

XXI qızıl, zolotoy nə bilim bürünc, gümüş ordunun xüsusi təlimli əsgərləri-qatilləri deyəsən axı ruslardan ibarət idi böyük üstünlüklə və deyəsən axı biz bu gün ermənistan kimi cılız, bir Rusiya sırtlanıyla müharibə şəraitindəyik və deyəsən axı başımıza müsibətləri gətirən ürəklərə dağ çəkən rusların təlimliləri, siyasətçiləri-guya ki, bilgələri tarixə adını zolotoy hərflərlə yazdırmaq istəyənlər olub axı  bəzi gerçəyə əsaslanan qaynaqlarda qəddar,qatil kimi yazılıb elə də qalacaqlarını nəzərə almadan  və də deyəsən biz ermənistanla qanlı bıçaqlıyıq axı və də deyəsən artıq 20 Yanvar, Xocalı şəhidlərinin, yurdlarından zorla çıxarılan və yolda soyuqdan donub ölənlərin, yağcı gülləsindən ölənlərin, əsir düşüb öldürülənlərin, namusu kirlədilmiş qız-gəlinlərin ruhu inciyib axı bizdən.Sadəcə qətliam günündə bir qərənfillə xatırlanmaqdan yorulub ruhlar, yerlərinə qor tökülür sanki hər matəm günündə qoyulan qərənfillərin əvəzinə 25 ildir rahat uyuya bilmirlər məzarlarında. Bütövlük, vahidlik istəyirlər.

Deyəsən, baba yurdun da səndən inciyib, Azərbaycan! Ümidsizdir nəsə, qoca başı qarlı dağlarının sənə qovuşmağı arzulyan qəmli gözlərində ümid çırağı yavaş-yavaş sönməyə başlayıb. İstəmədən qoynunda yer verir düşmənlərinə, torpağın da könülsüzcə, haram edirmişcəsinə doydurur düşməninin qarnını da ac olan gözünü də amma yaman şikayətçidir gözü yesə də doymayan ögey istənməyən müvəqqəti "övladcıq"larından. Bir mədət diləyir səndən də bizdən də Qarabağ torpağı... . Qalx ayağa, Azərbaycan! Bu qədər susdun yetər Pak müqəddəs torpağın bu qədər çeynəndi daha artıq çeynənməsinə icazə vermə təmizlə, özünü leşyeyənlərdən, hazır yeməyə cuman acgözlərdən sənin torpağın onlara layiq deyil , qalx artıq qalx, qalx, Azərbaycan, göstər gücünü, qolundakı zəncirləri qır, Azadlığını ucalt səmalaradək.

Göstər Babəkinin, Koroğlunun, İsmayıl Xətainin bu torpaqda birləşən gücünü. Ağlatma artıq analarını ,qırma atalarının belini. Eşit də fəryadlarını, susdur düşmənini al Qarabağını geri olmasın artıq qara bayraqlar, bağlanmasın qara lentlər, olmasın qara günlər. İstəmirəm eşidim şəhid xəbərləri, istəmirəm köləsi olum rusun, ingilisin,fransızın,amerkanın, istəmirəm səni yaralı görmək həp başını dik görmək istəyirəm, həp bu yurdda çalınan azadlıq şərqilərini duymaq istəyirəm. Həp ərşə ucalan qaranlıq gecələrinə məşəl olan odunu daha ürəkdən alvondırmanı istəyirəm. "Land of fire Azerbaijan" olduğunu alovunun gücü ilə göstər dünyaya.

 

Qalx ayağa Azərbaycan! 

Ey əbədi yanan ocaq

Ey şöləsi göylə uçan

Ey dostundan uzaq düşüb

Düşmənini bəzən qucan 

Azərbayca, Qalx Ayağa! 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+14=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.1599 saniye