Başımın bəlası
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 02:16 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Gözündən axıtma yaş gilə - gilə,
Hədərdi, qəlbimə girə bilməzsən.
Mən özgə aləmdə, özgə ruhdayam,
Sən mənim dünyamı görə bilməzsən. 

Sən mənim başımın bəlası olma,
Çəkdiyim özümə yetər, bəsimdir.
Bu yollar yamanca yorubdur məni,
Ağrılar - acılar ötər, bəsimdir. 

Yazmayıb baxtıma yazan adını,
Get gözəl, baxtını uzaqda axtar.
Mənim səltənətim səninçün deyil,
Get gözəl, taxtını uzaqda axtar. 

Mən sevə bilmərəm səni, ey gözəl,
Hissin, duyğuların səni aldadır.
Bu yaşda sevgimin ünvanı başqa,
Bu sevgi müqəddəs, dadı bal dadır. 

Sən ömrün yazında, mən qışındayam,
Mənim məhəbbətim "dondurar" səni.
Nə olar toxunma, toxunma mənə,
Ümmanın sevgisi yandırar səni.


... dəfə oxunub
Qiymət: 9/10(998 səs)
[qiymət ver ]
Şərh yaz
2+13=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.024 saniye