Başlıqsız
Tayfun Abbas tərəfindən "Şeir" bolməsinə 19:25 07 may 2014 tarixində əlavə olunmuşdur

Əzizim,otağım tütün və
Sənsizlik qoxur.
Tütün qoxusu yoxda
Sənsizlik qoxusu
Adamı lap öldürür.
          ***
Əzizim,otağım yalnızlıq qoxur.
Yox! Yox! Bu sənin yoxluğun deyil!
Yoxluğundan başqa yalnızlıqda var,
Elə yalnızlıq ki, lap sənsizlikdəndə betərdi.
Mən bu yalnızlığa 
Mənəviyyətin kəsadlığı deyirəm.
Amma çoxları buna
"Sənlərin" yoxluğu deyir.
Bəlkə də elə çoxları haqlıdır,
Bəlkə də yalnızlığım sənin yoxluğundur.
Amma inan sənsizlik,
"Sənlədən" yüz dəfə yaxşıdır.

           ***
Bəlkə mən mazoxistəm?
Və elə sən buna görə
Mənə əzab verməkdən zövq alırsan.
Bəlkə...Bəlkə...
Bəlkələr olmasa...
Elə bu bəlkələr sənsizlikdə 
Mənə kömək edir.
"Bəlkələrli səni" "bəlkələrsiz səndən"
Çox düşünürəm və elə buna görə
Ən yaxşısı sənsizlikdir əzizim!


... dəfə oxunub
Qiymət: 5/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+13=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0361 saniye