Başsız saytlar...
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 14:57 31 avqust 2014 tarixində əlavə olunmuşdur

Başqa bir məlumat üçün baxdığımda saytlardan birində təsadüfən qarşıma bu yazı çıxdı, oxudum ve nəyi var da əsəbiləşdim. Ardını sonda davam etdirəcəm və həmin materialı da paylaşacam. 

Öncə saytlardan başlayım. Bəzilərinə baxdığım zaman hətta ad çıxarmış saytlarda belə orfoqrafik səhvlər reklamlarda, xəbər başlıqlarında, xəbərin özündə belə "gözə girir" rəsmən. Hələ də "yerlik hal" şəkilçisi ilə bağlayıcını (-da, -də) fərqləndirə bilməyən, siz sözünü cəmləndirən, ilk və öncə sözlərinin mənalarını bilməyərək ikisini bir arada işlədənlər və bu kimi digər səhvlərə yol verərək jurnalist adını qazanan jurnalistlər var. Hələ Azərbaycan dilini rus aksenti ilə danışanları demirəm. Danışan ya sırf rus, ingilis, türk aksenti ilə danışsın ya da təmiz ana dilini bilsin də yayıma çıxsın. Daha bu üç dilin aksentini Azərbaycan dilində bir araya gətirib də danışmaq nədir.

 
Bəziləri demirəm bu dəfə çünki hamısı üçün xarakterik bir mövzudur. Şou-biznes mövzusu... Biri var sanballı mövzulu şou xəbərləri biri də var sıradan, əlinə qələm alan hər kəsin yolda tutub müsahibə alaraq yazdığı ismi, cinsi məlum olmayan "şou-biznesli"lərin xəbərləri. Kiminsə saç rəngini dəyişdirməsi, əynindəki paltarın rəngi, uşağının ayağının şəklini instagramda paylaşması, maşın alması, toyları hansı sözlə açması, çörəyin qiymətindən xəbəri olub-olmadığı, sevgilisindən ayrıldıqdan sonra onun arxasınca qarğışlı statuslar yazması nə vaxtdan bir xəbər mahiyyəti daşımağa başlayıb, ay saytlara bu yazıları hazırlayanlar və onları saytda yayımlayanlar??? Bu cür "ucuz" xəbərlərlə kirli reytinq arxasınca saatda 200 km sürətlə niyə qaçırsınız bir anlam vermək həqiqətən çox çətindir. Cəbhədəki son baş verən hadisələr zamanı nəsə benzininizin azalıb, sürətinizin düşməyə başladığı ərəfəyə dənk gəldi yoxsa necə???... Görmədim də sizi ortalarda ondan soruşma gərəyi hiss etdim. Oturduğu yerdən xəbər yazmaq əsl jurnalistə yaraşmaz. Nəsə yazmaq istəyirsinizsə o zaman millətin hər vəchlə gizlədilməyə çalışılan işsizlik problemlərindən, cəbhədəki gərginliklərdən, verilən şəhidlərin həqiqi saylarından yazın. Bir rayona 3 deyib də əslində 7 şəhid göndərilməsindən xəbəriniz varmı, dəqiq araşdırırsınızmı nəyisə yazanda görəsən. Çox maraqlıdır. Eyni xəbərin mətnini eyni sayt 3-4 dəfə dəyişib paylaşır, hamısı da bir- biri ile ziddiyyet təşkil edir. Yazırsınız şəhidin ailəsinin sonrakı yaşayışından yazın, yalnız doğum günlərində, işğal günlərində xatırlanmağa layiqdirmi bu torpaq uğrunda şəhid olanlar??? Tanıyırıqmı igidlərmizi daha dərindən, bilirikmi adlarını, eşidib görürükmü qəhrəmanlıqlarını onlara layiq şəkildə ifadə edə biləcək kəlimələr??? Məncə yox. Madam ki, mədəniyyətdən yazmaq istəyirsiniz, o zaman bu xalqın dəyərli səslərindən, aktyorlarından, musiqi aləti ustalarından, əsl sənətkarlarından yazın ki, itib-batmasınlar, ön plana çıxarın da sahib olduğumuz dəyərlərdən xəbərimiz olsun. Bunlar bir qismidir təbii ki bu barədə mövzunun. Əvvəllər bir kanal vardı xalqı öz arxasınca aparan sonradan nə oldusa qoşuldu o birilərinin sırasına. KIV, ona deyərəm ki, xalqın arxasınca getmir xalqı öz arxasınca aparır. Millətinin xəbər zövqünü formalaşdırır, bilməsi gərəkənin nə olduğuna istiqamət verir, biliyini zənginləşdirir daha öz biliyini, istiqamətini, yönünü, dəsti-xəttini,formatını bayağılığa qurban vermir. Jurnalistika peşəsini seçənlərə isə qorxu, susdurulmaq, yalan, qərəzli, əslsiz, dəqiqləşdirilməmiş xəbər paylaşmaq yad, cürət,hünər, həqiqət, qorxmazlılıq, doğru xəbər yazmaq doğma bir şey olmalıdır. Bir halda ki, söz azadlığı, mətbuat azadlığı kimi hüquqları var.

Son olaraq, bu qədər cümlələri qurmağıma səbəb olan müsahibədən danışım. Demək, görün nə dərəcədə düşüncəsiz "insan"lar var ki, övlad dünyaya gətirməyi xəyallarında istədikləri kimi canlandırdıqları oyunlardakı qədər asan bir hal sayırlar. Bu stilistdi kimdi düz əməlli tanımasam da necə biri olduğu bəllidir zatən və verdiyi cavablarda məntiqli düşüncəyə rastlamadım. Deyir, ""mavi"yəm, amma uşağa görə bir qızla evlənirəm. Uşaq olsun vəssalam." Yəni bu qədər asandır bu iş və o doğulmuş olacaq uşağın sonrakı həyatı hər iki tərəf üçün də maraqlı deyil, əsas odur ki, yaşlananda onlara baxsın. Diqqətimi çəkən məqam evləndikdən sonra ayrı yaşamaq məsələsidir və hansı tərəfdə qalmış olacaqsa da uşaq təbiidir ki bir (bu məsələdə hər iki) tərəfdən də yarım, sevgisiz böyüyəcək. Gələcəkdə bu uşağın hansı psixoloji sarsıntılar keçirməsi isə görünür bu kəslər üçün önəm daşımır.. Hər kəs üçün uşaq dünyaya gətirmək, valideyn olmaq "yüngül" bir şey sayılır fəqət uşağı bir fərd olaraq yetişdirmək, düzgün tərbiyə etmək bu dəqiqə normal ata-ana üçün xeyli çətin ya da mümkün olmayan bir prosesdir, qaldı bu razılaşdırılmış məsələdən dünyaya gələcək körpəni bu kəslərin düzgün yetişdirməsi. Indidən o uşağın halına acıyıram sözün əsl mənasında. Ailə qayğısından uzaq və normal olmayan bir durum. Bir də "surroqat"lar çıxıb meydana. Bundan sonra heç kəs özü uşaq dünyaya gətirmək istəməyəcək ancaq muzdlu qadınlara müraciət ediləcək.

Son sözüm isə "GƏLİN DÜNYAMIZIN TEZ DAĞILMASI ÜÇÜN DUA EDƏK!!!"

http://www.movqe.az/v5/39251.html


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0232 saniye