
Eşitdim kəlməmə tənələr yaxıb ,
Nöqsanlar etmisən sözümə mənim. 
Verim gözlərimi hədiyyə sənə, 
Baxginən gözünlə  gözümə mənim. 
Yanğımı görməyib dağ olacaqsan, 
Bəlkə də hardasa bağ olacaqsan. 
Qismət ya mən, ya sən  sağ olacaqsan, 
Rast gələ bilməzsən izimə mənim. 
Seymur, biz  qonağıq fani  dünyaya, 
Sözünü özümə danış, din, sor ya. 
Axirət aləmi gələn gün var ya, 
Necə baxacaqsan üzümə mənim?
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
