Demirsənmi, vurularam gözünə ?
Bu nə baxış, gözlərim də qamaşdı.
Gözün, qaşın elə deyir "sev məni",
Əsdi dilim, sözlərim də dolaşdı.
Ağlım aldın, qəsdin nədir mənimlə?
Vallah, billah bacarmıram özümlə.
İsdədim ki yazam, deyəm bir kəlmə,
Yandı köksüm, için-için alışdı.
Ürəyimdə çoxdu sözüm deməyə,
Məhəbbətim bir ümmandı sevməyə.
Ehtiyac yox danışmağa, dinməyə,
Baxışların mənə nələr danışdı!
Demə Seymur, bu nə sevda bu yaşda?
Bu baxışa dözə bilməz heç daş da.
Məni qoydun həsrət adlı təlaşda,
Fikirlərim baxa -baxa qarışdı .