Türkcədən Tərcümə Edən: Emin Abdullayev(Uraqan)
Bayraqsızlar, bayraqsızlar,
Yerə düşsə bayraq sızlar.
Haradan bilsin qiymətini,
Soysuz, köksüz bayraqsızlar
Nə olardı yazmasaydım
Mən bu quru yazını,
Bilməsəydi namərd soysuz
İçimdəki yaranı.
Ulduzların üsyanı var
Hilal daşıyan fələk,
Damla damla qan axır
Deşik-deşik bu ürək.
Al rənginə quru bağlar,
Yaşda dəli könül,
Aşığın olmuşam sənin,
Xəstədir bu dəli könül.
Rəngində şəhidlik gizli,
Ayparasında mənası var,
Ürəyimdə gizləmişəm,,
Qurbanında xına var.
Bu torpağa düşsə igid
Ölüm bizə güc verər,
İnancıma təslim oldum
Zülm bizə güc verər.
Uğrunda öldü igid,
Kim nə bilsin nə qədər,
Geriyə nə can qaldı,
Hamısını qurbanına həsr edər.
Yamacında gəzişdiyi
İndi dağlar ağlasın,
Bayrağım xəncərləndi
İndi çağlar ağlasın.
Bayraq yerə düşərkən,
Alqışlayan piçləri,
Qəhr edəcək Türk milləti
Dəstək verən gücləri.
Susmayın ey millətim,
Bayraqsızda ar olmaz.
Sussa əgər igidlər,
Vətən bizə yar olmaz.
Başı xarab yaylada,
Pusuları qurdular.
İki yaşındakı igidimi,
Kürşad'ımı vurdular.
Bundan qeyri düşmənim,
Bayrağa tərs baxanlar.
Artıq hesab verməli,
Dağı daşı yaxanlar
Mələkut aləmində
Dastan olan can bizim,
Dalğalansın bayrağım,
Üstündəki qan bizim.
Dörd aylıq körpələrə
Güllə sıxan, hardasan!?
Hara getsən də get,
Öləcəyin yerdəsən
Hökmü ilahi varsa,
Bəlkə qoruyar Yaradan.
Qan düşməni olmuşuq,
Çəkilsinlər aradan.
Bu vətənin çörəyinin,
Gözünüzə durmalı.
İgid bir can gəlməli,
Sizdən hesab sormalı
Səfaiyəm yaşamaq ki,
Bundan qeyri ar gəlir
Ay ulduzlu bayrağa
Bu yer üzü dar gəlir!
Aşık Səfai