Bədəl
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 11:20 23 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Hamiləliyimi 5-ci ayında uşağımın qüsurlu olacağını bilirdim. Üstümə çox düşdülər. "Aldır", "süni doğuş elə" dedilər. Kamalla bütün bu iddialara qulaq asmamağa qərar verdik. Dualar etdik. Hərçənd ki, ətrafımızda hər kəs əlini üzmüşdülər artıq. Ailələrimiz hər gün bizə gəlirdilər. Mən onsuz da işləmirdim. Kamal qısqanc biri idi. 3 il çalışdığım ortamda əks-cinsin nümayəndələrinin baxışlarından əsəbiləşirdi hələ nişanlı olan zamanlarda.

Mənim mələyim...Balaca mələyim...Günahsız mələyim...Səni həyatının 21-ci günündə itirdim...Keçirdiyim duyğuları, yaşadıqlarımı necə ifadə edim, bilmirəm doğrusu...Atanla bərabər çox ağladıq...Səni torpağın altına verərkən ayaqüstə zorla dayanırdım...

Hər gecə mələyimi yuxuda görürdüm. Qanadları ilə uçaraq məni yaxınlaşır, toppuş əllərini yanağıma qoyur, göz yaşlarımı silir və gülümsəyir. Rahatlıq tapırdım yuxumla. Kamala danışarkən içimdəki dərin səssizlik parçalanaraq göz yaşları içində təbəssüm edirdim.

2-ci hamiləliyim və sağlam övlad. Bir mələyimi itirdim, amma digərini qazandım...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+17=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0262 saniye