Bələdçi
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 09:13 17 noyabr 2016 tarixində əlavə olunmuşdur

Xarici turistlərə bələdçi işləyən bir nəfər vacib işi çıxdığına görə, ərəb dilini yaxşı bilən kasıb tələbə dostundan xahiş edir ki, Bakıda qısa müddət qalacaq qonaqlara "İçəri Şəhər"i göstərsin və bunun müqabilində 100 dollar alacağını vəd edir.

Bu cavan oğlan da hava limanında 3 nəfər qiyafəli ərəbi qarşılayıb gətirər birbaşa "İçəri Şəhərə". Gəzinti əsnasında girdikləri əntiq dükanlarının birində satıcı saxta bir xalçaya əntiq adıyla 5 min dollar qiymət deyər. Astaca bələdçiyə də pıçıldayar ki - "Bu həriflərin pulu çox olur. Sən də təriflə qoy alsınlar. Sonra qayıdıb öz faizini götürərsən"...

Qonaqlardan yaşlı və susqun olanı əlindəki kiçik çantadan pulu çıxarıb satıcıya verəndə bələdçi oğlan ərbcə xalçanın saxta olduğunu qocaya deyər. Bu sözdən sonra heç nə almaz və mağazadan çıxarlar.

Qonaqlar qayıdar hava limanına. Həmin ərəblərdən biri bunun 100$ zəhmət haqqını verər və təyyarə uçanacan onlarla bir fincan kofe içməyi təklif edər.

Bir müddət bu oğlana diqqətlə baxan susqun qoca gülümsünərək deyər: "O, xalçanın əntiq olmadığını mağazaya girəndən bilirdim. Heç almağı da düşünmürdüm. Satıcının sənə dodaq altında nə dediyini də təxmin etmək çətin deyil. Pulu isə çantadan ona görə çıxardım ki, sənin nəfsinin, yoxsa vicdanının daha güclü olduğunu bilmək istəyirdim".

Bu sözlərdən sonra qoca elə həmən çantadan bir dəstə böyük bağlama pulu çıxarıb stolun üstünə qoyar.

- Bəlkə də bu pula o, xalçadan çox almaq olar?! Lakin hava limanını da pulla doldursan şərəfli insanın vicdanını ala bilməzsən. Pul vicdanın dəyəri deyil. Sənin vicdanının mükafatını Allah verəcək, bu isə zəhmətinin haqqıdır.

Minik başlandığı üçün qonaqlar oturduqları yerdən qalxar və gedərkən qoca ərəb: "O, bağlamanın altında mənim vizit kartım var. Zəngini və bir gün bizə qonaq gələcəyini gözləyəcik" deyər.

Əli Məhərrəmli


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+10=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0285 saniye