Bəli, çətindir, amma mümkünatsız deyil.
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 08:38 14 noyabr 2014 tarixində əlavə olunmuşdur

Evimizin yaxınlığında Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi var. Düzünə qalsa, 5 dəqiqədən də azdır məsafə. Evdən çıx, bir neçə addım get və budur mərkəz. 

Uzaqdan-uzağa tanıdığım bir ailə qohumumuz var. Uşağının Daun sindromlu olduğunu öyrəndikdə qızlarından imtina etdilər. Bunu ilk dəfə anamın dilindən eşidəndə ailəni qınadım. Cahillik! O qızın digər uşaqlar kimi sevilməyə, əzizlənməyə haqqı var axı. Hər dəfə o ailənin utanc verici davranışlarını xatırlayarkən nifrətim aşıb daşır. Qız isə Uşaq evində öz həyatının davamını yaşamaqdadır bildiyimə görə. Günahkarlıq hissi var içimdə.

Bu yaxınlarda rastlaşdığım mənzərəni ömrüm boyu unutmayacam. Evdən çıxıb dərsə gedirdim. Birdən qarşımda balaca qız uşağı gördüm. Uşaqları dəlicəsinə sevdiyim üçün yanından keçərkən qəlbimlə gülümsədim. Qız cavan oğlanın əlindən bərk-bərk tutub yapışmışdı. Nənəsi digər tərəfində onun çantasını daşıyırdı.

-Bax, indi də bu bacının əlindən tut.

Qız oğlanın əlini buraxıb mənim əlimdən tutarkən üzünə diqqətlə baxdım. Daun sindromu. Gözlərin quruluşundan anladım düzü. Bir də davamlı gülümsəməsi.Danışa bilmirdi. "Hmm", "İmm", "Mmm" kimi səslər çıxardırdı.Yaşı hardasa, 4-5, ya da 5-6 olardı.

-Mənim əlimdən tutmur ki. Həmişə böyük bacı-qardaşların əlindən tutur. Olsun da.-nənəsi səmimi şəkildə bildirdi.

Əlimdə ağ papaq vardı.Onu görcək cəld əlimdən alaraq başına keçirtdi. Mənə baxırdı yol boyu. Pilləkanları çıxıb düşərkən belə təbəssümü azalmırdı.

Can! Çox şirin uşaqsan sən!!!

Yolumuz ayrılanda çevrilib ona bir daha baxdım. Bu dəfə "böyük  qardaş"larından birinin əlindən yapışaraq gedirdi...

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+23=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0258 saniye