Bəlkə belə yaxşıdı?
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 09:00 16 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Bəlkə belə yaxşıdı?

Əzablar azalmalı,

Yalanlar qurumalı,

Insan İNSAN olmalı?

Üzlər gülsə yaxşıdı.

 

Bəlkə belə yaxşıdı?

Könüllərə yaz gələ,

Ümidlərə saz gələ,

Qəmzələrə naz gələ

Dünya gülsə yaxşıdı.

 

Bəlkə belə yaxşıdı?

Xoş röyalar çin ola,

Qəlblərə fərəh dola,

Ümid düzülüə yola,

Eşqlər gülsə yaxşıdı.

 

Bəlkə belə yaxşıdı?

Qəlbdə nur şəlaləsi,

Iblisin son naləsi,

Dillərdə əzan səsi,

Gözlər gülsə yaxşıdı.

 

Bəlkə belə yaxşıdı?

Mərd oğulu bol olsun,

Yaraları yox olsun,

Qarabağa yol olsun,

Vətən gülsə yaxşıdı...

Vətən gülsə yaxşıdı...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+33=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0271 saniye