Şəhərin hansı küçələrində ölmüşəm
Hansı pəncərələrdə xoşbəxtliyin işığını gözləyirəm.
Eyni küçələr, eyni parklar,eyni dəniz
Getdiyimiz yolları indi niyə tək addımlayıram mən.
Elə bilirdim şəhər gözəldi sevgilim
Sən demə mənim şəhərim deyilmiş heç bura
Sən demə mən deyilən bir şey də yox imiş
Biz varıq. Var idik. Yada elə bir şey.
Görəsən nə vaxt satdım ruhumu şeytana nə vaxt üz cevirdi Tanrı məndən
Harda öldü insanlığ, sevgi hansı kücələrdə yıxılıb qaldı
Hansı dənizlərdə boğuldu. İndi sahile çıxıblar bəlkədə paramparça
Yada hansısa limandan minib bir gəmiyə arxalarına belə baxmadan uzağlaşırlar.
Geridəysə boş bir şəhər, ölü insanlar
Şablon həyatlar soyuğ baharlar
Və birdə neçə gəncin intiharı binalar var
Soyuğ divarlar arasında ürəyini isidə bilməyənlərin yazdığı axrıncı məktublar.
Mən də çoxdan ölmüşəm cansız bədənim o binaların birindədi
Gələrsən bir gün. Bəlkə yenə dirildim
Biraz yağış,biraz külək və birdə sən gələrsən
Sacların yenə rəqs edər küləkdə islanarıg biraz yağan yağışla.
Gələrsən. Gəlib şeirlərinə sahib cıxarsan...