Bəlkə də
Ədəbsiz Yazar tərəfindən "Digər yazılar" bolməsinə 17:34 25 iyun 2014 tarixində əlavə olunmuşdur

Sizə ilk insan yarandaman əvvəl dünyada başqa canlıların(yad planetli dediyimiz) yaşadığına və insanlar yarandıqdan sonra onların bir çoxu ilə əlaqədə olub, sadəcə insanlardan daha tez inkişaf edib,aydınlanıb özlərindən geriyə bəzi şeylər buraxıb,yer kürəsini tərk etdiklərinə inanıram desəm. Dəli olmağa başladığımı düşünmərsiniz? Məncə düşünməyin..
Sadəcə əmin olanmadığım tək şey yer planetini tərk etmə səbəbləridi.

1)İlk olaraq Peru,Nasca çölündə yerləşən və sadəcə yüksəklikdən baxıldığında anlaşılan çizimlərdən başlamaq istəyirəm.
Fiqurlar arasında ox işarəti,üçbucaq,quş,meymun,it,hörümçək,kosmonavt(bəli,bəli səhv görmürsünüz kosmonavt) və çiçək fiqurları yer almaqdadır. Bu şəkillərin nə olduğunu yerdən görmək mümkün deyildir. Bəs antik çağın, ilkəl insanları, nə çəkdiklərini görmədən və çizimlərində xəta etmədən bu qədər müntəzəm şəkilləri neçə çəkmişlərdir?

 

 

2)İndi isə Fransada tapılmış 65 milyon il əvvələ aid olan alətlərdən bəhs edim.Yəqinki hər kəs 65 milyon il əvvəl yer üzündə insanın olmadığını çox yaxşı bilir. Bəs onda bu alətlər kim tərəfindən istifadə olunurdu?

1885'də,bir kömür bloku, qırıq bir halda açılmış olaraq tapıldı. Bu kömür blokunun içərisində usta əllərdən çıxdığı açıqca görünən metal kubik bir parça çıxdı. 1912'də, bir elektrik stansiyasındakı işçilər böyük bir kömür parçasını böldüklərində içərisindən dəmirdən düzəldilmiş bir nəsnə tapdılar. Günümüzdən 251 milyon il əvvəl başlayıb 65 milyon il əvvəl sona çatdığı Qəbul Mezozoy erasına aid qumdaşı bir blokun içərisinə batmış bir dırnaq tapıldı. Bunun kimi aid olduğu zamanda tapılması qeyri-mümkün görünən bir çox obyektin necə orada olduğu açıqlana bilmir.

3)1938-ci ildə bir mağaranın döşəməsində yüzlərlə daş disk tapıldı. Disklərin yaşı 10.000 - 12.000 idi. Hər diskin diametri 22,7 sm və qalınlığı 2 sm idi. Hər birinin ortası dəlik idi və gövdələrinə qazıntınmış sarmal oyuqlar və Heroqliflərdə vardı. Heroqliflərdə, dünya xaricindən gələn və buradakı dağlarda qəzaya düşən kosmos gəmilərindən bəhs edirdi. Kosmos gəmiləri, özlərini Dropa deyə adlandıran insanlar tərəfindən istifadə edilirdi. Dropa diskləri üzərindəki herogliflərin oxunmasının ardından ortadan yox oldu.

4)Və ən sonda Misir Ehramları..
Küfü Ehramı (146.5 metr)
Keops Ehramı (145,75 metr, B.E.Ə. 2550)
Sakkara Ehramı (63,17 metr B.E.Ə. 2650)
Maldum Snefru Ehramı (93,26 metr B.E.Ə. 2000)
Dahahur Ehramı (104,85 metr B.E.Ə. 2600)
Dahahur Snefru Ehramı (103,95 metr B.E.Ə. 2600)
Kefren Ehramı (143,56 metr B.E.Ə. 2520)
Sakkara Pepi II Ehramı (52,555 metr B.E.Ə. 2250)

Küfü ehramının inşasında əsasən sal qayadan ( bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur. Tikilidə təxminən hər birinin çəkisi 2,5-15 ton olan 1 300 000 iri daş parçalarından istifadə olunub və tərəfləri təqribən 230 m olan 13 məzarlığı əhatə edən dördbucaq bünövrə üzərində inşa edilmişdir. Ehramın hər 4 tərəfi 4 əsas uc nöqtəsindən keçir və hər tərəf 52 dərəcəli bucağa bərabərdir. Orijinal ehramın hündürlüyü 146,5 m olmuşdur.

İndiki dövrün texnalogiyası ilə 2,5 tonluq bir daş parçasını bir yerdən, başqa yerə aparmaq, onlarca metr yüksəkliyə qaldırmaq imkansıza bərabər bir şeykən, Bizim Eradan Əvvəl 2000-ci illərdə bu necə mümkün ola bilərki..


... dəfə oxunub
Qiymət: 10/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
9+1=
Hesaba giriş
Müəllif

Ədəbsiz Yazar
Haqqında
'Ədəbli' cəmiyyətin ədəbsiz övladı.
Əlaqə
E-mail:
r.sariyev24@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0271 saniye