Səndən uzaq eyləyirəm fikrimi,
Verməyəcəm əsən yelə sevgimi,
Nə vaxtsada ötən günlərim kimi,
Bəlkə andım,bəlkədə yox ya qismət.
***
Dəniz olsam dalğalanıb coşardım,
Sən,sən olsan sənə nəğmə qoşardım
Ayrılığı yox eyləyib pozardım,
Bəlkə qaldım,bəlkədə yox ya qismət.
Məhəbbətdir adım-sanım elimdə,
Kök atmısan sinəmdə ürəyimdə,
Sözlərimi ağ kağız üzərində,
Bəlkə yazdım,bəlkədə yox ya qismət.
Əgər gözdən düşüb yaş axıbdırsa,
Gözlər arxan ilə kəm baxıbdırsa,
Qəlbim üz döndərib qırılıbdırsa,
Bəlkə çaxdım,bəlkıdə yox ya qismət.
Nahaq yerə andı,əhdi pozmaram,
Öz yolumdan başqa səmtə azmaram,
Edib aşkar,el aləmə yaymaram,
Bəlkə dandım,bəlkədə yox ya qismət.
Arzularım gül çiçəkli göy çəmən,
Bu dünyada dəli Məcnun yar mənəm
Sönməz olub Kərəmidən betərəm,
Bəlkə yandım,bəlkədə yox ya qismət.