Bəlkə,axır zaman gəlib.........
Bəlkə,axır zaman gəlib,
Dünya olub dərəbəylik.
Haram,halal qarışıbdır,
Ara xəlvət,tülkü bəylik.
***
"Duman dağda müsibətdir,
Duman yolda qiyamətdir".
Ustad Qabil,nə söhbətdir?
Yer səhv düşüb həmişəlik.
***
Biri"gətir",biri"apar",
Kim harada gəldi yatar.
Alan alar,satan satar,
Qiymət birdir birdəfəlik.
***
Korşalıbdır,nədir yaddaş?
Qaçana daş,qovana daş.
"Nə yemisən.turşulu aş",
Bir şapalaq da üstəlik.
***
Göydən yağan kaman,oxdur,
Bazar böyük,adam çoxdur.
Nə bilək ki,kimlər yoxdur,
Kimə qalır vərəsəlik?
***
Könlü balıq istəyən var,
Dənizdədir hələ torlar.
Mövlud gəzir diyar- diyar,
Söz axtarır bir söhbətlik.
27.04.2013.Zərdabi.(Mövlud Ağamməd)