Bəlkələr
Ceyhun Məmmədov tərəfindən "Digər yazılar" bolməsinə 09:22 06 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Birdə baxarsan güllər açıb, əvvəl qanlı cəsədlərin olduğu yerdə. Ya da ki, görərsən uşaqlar daşlardan qapı düzəldib futbol oynayır. Ola bilər axşam saatlarında, bəlkə də iki gənc əl-ələ tutuşub yeni parkda gəzəcəklər. Həmişə məhlə də yatan ailəni, müharibə saatının donmasından sonra, bəlkə də bir evdə görəcəksən. Səhər olan kimi analar övladlarını çörək almağa göndərmiş ola bilərlər. Bəlkə də sabah başlarını, yastıq hesab etdikləri daşdan tox qarnına qaldıracaqlar. Səhərlər bombanın səsinə oyanırdılar, bəlkə də sabah analarının "dur ayağa mənim göyçək balam" səsi ilə oyanacaqlar. Eh, bu bəlkələr qurtarmırda. Bəlkə də sabah qurtaracaq kim bilir. Yığışdırın silahı, uşaqlar qorxurlar. Silahı oyuncaq ilə dəyişin, onlar oyuncağı sevirlər. Yox ee yox düzəlmir, bəlkələr hələ də davam edir...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.025 saniye