Bəs eyləmədi
Ramin Hüseynsoy tərəfindən "Şeir" bolməsinə 01:40 28 iyul 2015 tarixində əlavə olunmuşdur

O gözəl camalı təsvir etməyə,
Ən gözəl sözlər də bəs eyləmədi.
Mavi gözlərini seyr etmək üçün
Bu aşiq gözlər də bəs eyləmədi.  

Bülbültək qondu könlüm eşq güllərə,
Gəl gedək fəsillərdən fəsillərə.
O gül camal məni atdı yerlərə,
Qalxmaqçun dizlər də bəs eyləmədi.  

Ramin desə, yalan deyil sözləri,
Heç yadımdan çıxmaz mələk gözləri.
Qəlbimdə var elə bir eşq izləri,
Hətta dənizlər də bəs eyləmədi.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+22=
Hesaba giriş
Müəllif

Ramin Hüseynsoy
Haqqında
Şair,yazar,dramaturq
Əlaqə
E-mail:
ramin.huseynsoy@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0282 saniye