BƏXTİMİ YENİDƏN YAZGİNƏN TƏZƏ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 10:55 01 iyul 2017 tarixində əlavə olunmuşdur

Tanrı, qələminə qurban olum  mən , 
Bəxtimi yenidən yazginən təzə. 
Olmasın nə duman,nə də çiskin, çən, 
Yamyaşıl, al-əlvan  ömrümü bəzə. 

Arzular çin olsun,çiçəyim solmaz, 
Taqəti bol elə,yenilməz, qorxmaz. 
Naxış vur, zamanım xoş, unudulmaz
Keçdikçə başlayım söhbətə - sözə. 

Günümü nurundan eyləmə uzaq, 
Qoyma qamətimi əyə dərd, sazaq. 
Alanda canımı birdəfəlik al, 
Öləndə toxunan olmasın gözə. 

Yağdır yağış kimi eşq, i sevgini, 
Neynirəm Əslini,Şirin,Leylini? 
Bir sevda bəsimdir,məhəbbətini
Qoyma səndən yana düşməsin düzə.

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

01.07.2017


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+31=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0215 saniye