Beyin və ruh arasında
Susqun tərəfindən "Digər yazılar" bolməsinə 01:20 28 aprel 2014 tarixində əlavə olunmuşdur

Kənandan:
-Baxırsan hər kəs xoşbəxtdir. Dindirsən hamı dərdlidir, hamısı dərdindən çəkir, dərdindən yazır. Oxuyursan hər kəs ağıllıdır. Hamı düşünmədən, dərk etmədən tənqid edir. Keçmişinə baxsan tənqidə laiq bir yaşam. Baxsan hamı yaxşıdır. Cənnətdəyik elə bil. Sadəcə qanad taxma yasağı var. Hamısı mələkdir, hamısı safdır. Tanıdıqca nifrət edirsən qanadsız mələklərə. Hamısı nağıltək möhtəşəm və gözəl danışır. Elə bil hamı nağıllar aləmindən ya da Utopiyadan gəlib. Hamısı səhvsizdir. Hamısı sənə nəsə öyrədəcək həyata sahibdir. Hamısı həyatı dərk etmiş dərrakələrdir. 10 dəqiqəlik söhbətdə nifrət tumurcuqlarına kök olursan. Deyirsən yazaq, bəlkə 1 nəfər oxuyub dəyişdi, bəlkə 1 adam tapdın ki gerçəkləri göstərə biləsən. Yazıları oxuyan gözlər həqiqəti görməyə gələndə kor olur. Mənsə cəmiyyətə qarşı sadəcə susuram. Başqa heç nə. Nifrət və susqunluq. . . 

Susqundan:
-Getdikcə daha çox özünə qapanmaq. Daha çox susmaq, daha rahat olmaq. Danışmaq üçün nə varsa hamısını bir dəfəlik silmək. Sükutun özü olmaq. Sevgidən, dostlardan uzaq, doğmalardan imtina. Tək və susqun. Arzuların cənnəti kimi. Heç kəsin anlamadığı dildə yazmaq. Dil anlaşılır, mənasız gəlir. Necə ki susmağı bilmir, elə cə də oxuyan mənanı anlamır. . . 


... dəfə oxunub
Qiymət: 8/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
9+24=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0262 saniye