Beynimdə bir ssenari var
Mushfiq Shukurlu tərəfindən "Digər yazılar" bolməsinə 18:45 29 dekabr 2013 tarixində əlavə olunmuşdur

 

Tələbə yoldaşım Necməddin Akçaya. Qəbrin nurla dolsun.

Həyat həqiqətən dəhşətlidir...

          Tələbə yoldaşım mənə filmlərdən danışır.. aktyorluq sənətindən. Bu, onunla son söhbətimdir. Onun sarı, qıvrım saçları var. Çox danışmağı sevir deyəsən. O, türkdür və Türkiyədə aktyorluq imtahanı üçün doldurduğu blankdan, ödədiyi puldan və imtahan prosesindən danışır.

          “ Əlində bir fotoaparat var. Çakqaçak çəkir. Üç- dörd saniyəyə pozalar verməlisən. Ciddi.. qorxulu.. komik.. acı..”

          Gülə- gülə deyir bunları mənə. Mən də maraqlanıram və suallar verirəm. Saytın adını deyir. “ Orda şəkillərim də olmalıdı. Girib baxarsan. Nə zaman olar, bilinməz. Mənə get, çağırarıq dedilər.”

          Pilləkənlərlə yuxarı çıxırıq. Qəribə də yerişi var. Onla son söhbətimdən eşitdiyim son canlı sözlər bunlardır. Gülə- gülə, sevinclə deyir.

          “ Beynimdə bir ssenari var. Bu iş alınar alınmaz, bilmirəm amma Türkiyədə bununla yaxşı qazanırlar. Ssenari bəyənilsə parladı ulduzumuz, olmasa...”

Bu onunla son söhbətimizdir. Bundan sonra bir dəfə gördüm onu.

 Xəstədir və çox yorğundur. Qrip ya da qızdırmalı bir xəstəlikdir. Danışmağa halı yoxdur. Necəsən deyirəm. “ Hastayım ya sorma” deyir.

          Və bir neçə gün sonra maşın qəzasında öldüyünü eşidirik.

          Həyat həqiqətən dəhşətlidir...

                                                                                      


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+30=
Hesaba giriş
Müəllif

Mushfiq Shukurlu
Haqqında
1994 təvəllüdəm. Jurnalistika fakültəsində oxuyuram.
Əlaqə
E-mail:
mshukurlu@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0235 saniye