Beynimiz mətbəx, ağlımız aşbazdır...
Ağaəhməd Göyüşov tərəfindən "Elmi məqalə" bolməsinə 13:23 20 yanvar 2016 tarixində əlavə olunmuşdur

“Bir-birimizə çox kitab məsləhət görmüşük, mən də istəyərdim bir kitab məsləhət görüm. Mumin Sekmanın “Davamlı Öyrən” kitabını.. Bir çox kitabdan müəyyən qədər təsirlənmişdim, bu da növbəti oldu. Beynimizin işləmə mexanizmindən söz açan M.Sekman bu cümlə ilə çox gözəl hissəyə toxunur. “Beynimiz mətbəxtdir, ağlımızda aşbaz…! ” Məlum məsələ. Mətbəxtdə nə olarsa, Aşbaz da o məhsullardan istifadə edib yemək hazırlayar, təqdim edər. Amma burasıda həqiqətdir ki, eyni məhsullardan müxtəlif cür yeməklərdə əldə etmək mümkündür… Yəni ki, məsələ beynimizə yüzlərlə məlumatlar doldurub, hamının eyni kitabları oxuyub eyni nəticə, fikir ərsəyə gətirməsini gözləmək ağılsızlıqdır. Əsas olan mətbəxdə olan məhsullar deyil, əsas məsələ bu məhsullardan aşbazın nə hazırlayıb ərsəyə gətirməsidir. Bəzən müşahidə edirik ki, müxtəlif insanlar eyni kitabları oxusalar da, eyni bilikləri əldə etsələr də, sonda əldə etdikləri nəticələr fərqli olur… Eyni məhsullardan müxtəlif cür yemək hazırlamaq mümkün olduğu kimi, mətbəximiz olan beyində yığılan məhsullardan- biliklərdən, informasiyalardan – da aşbazımız olan ağıl müxtəlif nələrsə hazırlayıb, ərsəyə gətirə bilir. Burda əsas məsələ, mətbəxdən çox aşbazdan çox şeyin asılı olduğu həqiqətidir. İkinci həqiqət isə ondan ibarətdir ki, aşbazımızın sağlam qidalar hazırlamağını istəyiriksə, onun mətbəxinə də xüsusi nəzarət etməliyik. Hər lazım oldu, olmadı məhsullarla mətbəxi doldurmaq məsləhət deyil. Çünki aşbazın ani diqqət yayıntısı zamanı istifadə edilə biləcək hər hansı nəsə, sonda hazır olan – aşbazın (ağlın) hazırladığı, ərsəyə gətirdiyi qidada öz təsirini sözsüz qoyacaqdır… Duzdan düzgün, qədərində istifadə yeməyi əvəzolunmaz dərəcədə dadlı, ləziz edirsə, miqdarından az və ya çox istifadəsi yeməyin dadını pis hala qoya bilər… Beynimizə daxil olan biliklərdə aşkar və gizli olmaqla iki hissəyə bölünür. Aşkar biliklər kitabdan, məqalələrdən oxuduqlarımız, öyrənmək istəyib öyrəndiklərimiz daxildir. Gizli öyrənməyə isə dost-tanışla etdiyimiz söhbətlər, ətrafımızda baş verən hadisələr, reklamlar vasitəsilə şüur altımıza ötürülən məlumatlar və s. aiddir. Ətrafımızda gördüyümüz hər bir şey informasiyadır və biz o informasiyanı qəbul edirik… Bizdən aslı olmayaraq qəbul etdiyimiz, bəzəndə bizdən aslı olaraq qəbul etdiyimiz informasiyaların lazımsızlarını beynimiz müəyyənləşdirir. Amma buna baxmayaraq yenə də şüuraltımızda öz təsirini qoyan informasiyalar da var. Biz bütünlüklə lazımsız informasiyaların beynimizə daxil olmasının qarşısını ala bilmərik, bəlkə də, amma biz lazımsız məlumatlardan bacardığımız qədər uzaq dura və lazımlı informasiyaların sayını artıraraq, mətbəxdə lazımlı məhsulların, lazımsızları sıxışdırıb çıxarmasına kömək olmalıyıq. Və eyni zamanda aşbazımız olan ağlımızın inkişafı üçün əlimizdən gələni etməliyik ki, aşbazımız peşəkar bir aşbaz olsun. Bu halda o daha lazımlı və lazımsız məlumatları ayırd etməyi və onlardan necə istifadə edilməli olduğunu biləcəkdir…

Yazdı: Ağaəhməd Göyüşov (təlimçi)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+4=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0241 saniye