Beynimizə cənabət qüslu verək...
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 09:08 27 iyul 2016 tarixində əlavə olunmuşdur

    Bütün cümlə-cahanı araşdırası olsaq, kainatda var olan ideologiyaları, dünyagörüşlərini,  təfəkkür məhsullarını və s.-larını, demək olar ki, hamsında bu nəticəyə gələrik ki,  hərşey düşüncədə, beynimizdə başlayır və uğurla sonlandırılması və ya yanlış addımların atılması beynimizin məhsuludur, demək olar ki.  Özümüzdə irəliləyiş əldə etmək istəyiriksə, fərdi inkişafa nail olmaq istəyiriksə, dünyanı hətta yaxşılıqlara qərq etmək istəyiriksə birinci yenə də beynimizdən, düşüncəmizdən başlamalıyıq. Cismimizin paklığı qədər, düşüncələrimizin də paklığı önəmlidir. Cismimizin qidalanması kimi, düşüncəmizin də, zehnimizin də qidası vardır. Cismimiz zərərli qidalara aludə olduğu üçün, zehnimiz də, düşüncəmiz də zərərli düşüncələr, fikirlərə aludə ola bilər. Düşüncənin ən böyük yanlışlarından biri yanlış həyat tərzinə və ya uğursuz bir fəaliyyətə sahib olan birinin,  özünün ömrünün sonuna kimi belə qalacağına inandırmağıdır.  Şəxsi inkişafın qızıl qaydası nəzəriyyənin praktikaya tətbiqidir. Amma unutmaq lazım deyil ki, nəzəriyyələrin müqayisəsi, hansının doğru və ya yanlış olması, hətta doğrunu tapdıqdan sonra belə praktikaya çevirməyə düşüncənin motivə olub-olmamağıdır. Biz nəzəri cəhətdən uğurumuz üçün, şəxsi inkişafımız üçün nələrin bizim üçün daha önəmli olduğunu anlamış ola bilərik. Amma bəzən düşüncəmizdə bunun mümkünsüzlüyünü və ya çətinliyini özümüzə bir növ qəbul etdirmişik... 

     Sözün həqiqi mənasında  bir qısa fasilə ilə dayanaq. Beynimizə cənabət qüslu verək. Bizə lazımsız olan və  yanlış addımlar atmağımıza səbəb ola biləcək  informasiyalardan təmizləyək. Niyyətin hara, mənzilində ora- deyib atalar. Niyyətimizi isə düşüncəmiz müəyyən edir. Bütün fikrimizi müəyyənləşdirdiyimiz hədəfə doğru yönləndirək.  Baxın, bütün sirr tətbiqdə gizlidir. Tətbiqə keç. Amma tətbiq edən zaman, uğura gedən yolda zehninin, düşüncənin hisslərin, duyğuların üzərindəki hakimiyyətini də unutma. Çünki zehnin məğlubiyyəti və ya yanlış, zərərli düşüncələrlə məşğul olmağı sənin uğura gedən yolda ən böyük maneəndir.  Və ya tənbəllik hissinin zehnini, ağlını üstələməsi. Məyusluq, ümidsizlik kimi mənfi halların düşüncəni məşğul etməsi isə faciədir. Necə ki, cismini pak sağlayırsan, onu paklayırsan, eləcə də düşüncəni pakla, onu toxunulmaz saxla. Hər eşitdiyin informasiyanı, məlumatı düz deyə qəbul etmə! Necə ki, yeyilməsi mümkün olan hərşeyin yeməyə faydalı olmaması kimi!...

    Necə qüsl verək beynimizə? Beynimizi  “ehtiyyat və araşdırma” hamamında,  “düzgünlük və ədalət suyu”  ilə hər gün qüsl edək.  “Vicdan və şərəf” adlı ətirlə ətirləyək...  “Dönməzlik və davamiyyət”  geyimi ilə geyindirib-keçindirib amansız həyatda mübarizə meydanına buraxaq. Tam motivə olunmuş halda. Nəticələrdə çox ilişib qalmayın. Nəticənin olub-olmamağı sizə 100%lik agah olmaya bilər.  Çünki sizdən aslı olan nələrinsə olmağı kimi, sizdən aslı olmayan nələrsə də mövcuddur. Müəyyən zamanda hadisələr sizin istəmədiyiniz tərzdə də axın edə bilər. Siz sadəcə məsliyyət hissi ilə öhdəliyinizə düşəcəkləri edin.. Kənar mənfi təsirlərə fikir vermədən, uğurunuza mane yaradacaq kənar “zehninizin qüslunu pozacaq” bütün səbəblərə, təkliflərə, fikirlərə yox deyin! Cisminizin paklığından çox zehninizin paklığına fikir verin ( Bu cismin paklığı məsləsini qüvvədən salmır, sadəcə zehni paklığın əhəmiyyətini daha da artırır).

      Dərsi çox uzatmaq fikrim yoxdur.Növbəti dərslərdə görüşənədək.... 

 


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+25=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0229 saniye