Bezdim mənə tən eyləyənin tənələrindən,
Dildən dilə düşməkdədi,əfsanələrindən.
***
Sandım,deyəcəklər mənə Məcnun,qəmə möhtac,
Səbr etməyi öyrənmədi peymanələrindən.
***
Sevmək oda yanmaqdısa,yanmaqdadı qəlbim,
Şəm yanmasa,incik o da pərvanələrindən.
****
Çün müşkülə düşmüş işi,dövrandı günahkar,
Tərk etmədi əl çəkməyi divanələrindən.
***
Dərman dilədim dərdimə,qəmdir,dedi loğman,
Mövlud gedəməz qəm dolu qəmxanələrindən.
14.04.2015.Zərdabi.Mövlud Ağamməd.