...Bəzən bir qatili sevərsən, bir oğrunu
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 02:33 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Zaman, insan fikirlərini dəyişməyə və təkmilləşdirməyə müvəffəq olan ən kəskin məfhumdur. Sevmək qavramı hələ orta məktəb dövründə mənim üçün fərqli bir anlam daşıyıdı. Düşünürdüm ki, sevdiyimiz insanlar mütləq yaxşı insanlardır, başqa cür ola bilməz, yaxşı olmasa, zatən, biz onları sevmərik, seviriksə mütləq yaxşıdırlar...

Yetkinlik dövründə özümüzü dərk etsək də, bu, sadəcə başlanğıc mərhələ olduğundan tam əhatələnmir və fikirlərimizin dəyişikliyə uğrama ehtimalı çox yüksək olur. Zaman keçir, düşüncələr və formalaşmağa doğru addımlayan nəticələr fərqli olur. İnsanları səhvləri ilə, hətta yaxşı insan olmamaqları ehtimalını bilərək də sevə bilirik. Artıq anlayırıq ki, sevmək anlayışı qarşıdakına görə deyil, sənin içindəkilərə qarşı qoya bilmədiyinə görə təzahür edir.

Hər şeyi ilə anlaşa bilmədiyimiz, səhvlərini gördüyümüz, yaxşı insan olmadığını bildiyimiz birini belə, dəlicəsinə bir tutqu ilə sevərik. Yalanları, xəyanəti, sədaqətsizliyi belə, bu sevgiyə qurban verib, sıfırlayıb yenidən başlayarıq. Eyni adamı təkrar səhvləri ilə sevərik. Yalan danışdığını bilərik, amma yenə inanarıq, çünki sevmək qarşı qoya bilməməkdir, hisslərin səni əsirinə çevirməsidir. Sevginə kölə olarsan, o sənin ağandır artıq... Nə etsən də, nə qədər doğru olmadığını bilsən də, üzülsən də yenə sonda ona qayıdarsan, onu istəyərsən.

Bir filmdən həmişə bir cümləni xatırlayıram: "mənə yalan dediyini bal kimi bilərəm, amma yenə inanaram. Niyə bilirsən mi? Çünki sevirəm".

Bəzən bir qatili sevərsən, bir oğrunu... Bezərsən, yorularsan buraxdım deyərsən, tərk edərsən, qayıtdığın yer yenə onun yanı olar, çünki sevərsən. Bəli, sevmək bütün əngəllərin yoxa varışıdır, vazkeçilməzliyin pik nöqtəsidir, tərk etmələrin eyni yerə çıxışıdır. Sevmək bir duyğudur, fəqət, kontrolu beyində deyil, sol yanda olan bir duyğu... Sevmək, insan ayrımcılığına, yaxşı və pis xəttindəki düzülüşə əhəmiyyət verməməkdir, sevmək qarşındakının var oluşunu mənimsəmək, varlığını qaplamaqdır, gerisi, zatən, təfərrüatdır....

Sevgiylə qalın...

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+28=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0231 saniye