Bəzən ölmək istərsən...
Səyyad Fərəcov tərəfindən "Esse" bolməsinə 04:00 15 may 2014 tarixində əlavə olunmuşdur

Bəzən çox, çox, amma lap çox ölmək istərsən. İndi yazıram və siz deyə bilərsiz: “Aha yenə özünü göstərməyə çalışan, “cool” görsənmək istiyən biri yazdi.” Deyin. Siz necə istəyirsiz elə olsun. Artıq bezmişəm bu mənasız söhbətləri etməkdən. Bu dünya heç vaxt cəhənnəm olmayıb. Bu dünyanı cəhənnəm biz etmişik. Bəs dəyişdirmək? Bu mümkün deyil? Çox çalışdım və nəticəsi – “Ölmək istəyirsən”. Ölüb dincəlmək. Bu mənliyini heç nəyə qurban vermək istəməyən mənəviyyatsız insanlardan qurtulmaq. Yox olmaq. Süküta qərq olub, sonsuzadək yatmaq istərsən. Amma nə yazık ki, biləndə ki, ölümdən sonra da həyat var, bu səni saxlar. Çünki yeni həyat, yeni problemlər, yeni insanlar, yeni ümidlər və o ümidlərin çöküşü. Qoy hələlik burda qalım. Çünki artıq örgənmişəm burdakı xəyal qırıqlıqlarına. “Bəzən ölmək istərsən.” Bu dünyadan qurtulmaq adıyla. Tanrının yaratdığı cənnəti-dünyanı korlayan eqolardan qurtulmaq istərsən. Amma bircə yol qaldığını anlarsan. O da ki, Tanrıya sığınmaq. Çünki o cənnəti yaradıbsa, deməli yenə yarada bilər. Ve ona sığınarsan. Onu sevərsən. Osa bunu görər və səni sənin Onu sevdiyindən daha artıq sevər. Bəs niyə insanlar belə etmir ki? Belə də olmasa, heç olmasa verdiyin dəyərin az bir qismini sənə göstərmir? Əksinə elə bil borcum varmış kimi daha, daha, daha da artıq almağa çalışarlar. Çox fikirləşmədən də cavabı özün taparsan. Belə olsaydı hər kəs “peyğəmbər” olardı ki. “Bəs nə etməliyəm?” kimi suallar beynimi dolduranda... “Sənə düzgün gələni et”- deyər ürəyim qeybdən. “Amma et onu!!!”

Xaiş edirəm "qiymət verin" ...


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0285 saniye