Bəzimiz tərsinəyik, bəzimiz də düzünəyik...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:42 08 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bəzimiz tərsinəyik,bəzimiz də düzünəyik,
Bəzimiz də bilmirik bu dünyada,düzü,nəyik?

Bəzimiz zillət içrə,əllərimiz qabar-qabar,
Bəzimiz kef-damaqda,sanki behişt üzünəyik.

Gəzirik,vellənirik boş-boşuna axşamadək
Cibi boş,başı dolu-viran olan xəzinəyik.

Bir əlimizdə diplom,birindəsə dəhrə,sapand,
Görürük,eşidirik,qulağı kar,gözü nəyik.

Saymaq ilə qurtarmaz cahillərin əməlini,
Fələyin saydığını sayırıq biz,yüzünəyik.

Hərəmiz bir cürəyik,çox şey bilirik,susuruq,
Buna Mövlud nə deyər,çün dualar izinəyik.

5.04.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+35=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.4551 saniye