Bilə bilməzsə əgər qədrini qəm əhli qəmin.....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 16:57 20 iyun 2015 tarixində əlavə olunmuşdur

Bilə bilməzsə əgər qədrini qəm əhli qəmin,
Necə qəmxar olacaq, qəm bezəcək, olma əmin.

Gülə bənzər, üzü mahliqa gözəllər deməsin,
Olacaq dərdinə dərman gülüzar əndəlibin.

Alışıb yanmada aşiq yenə qəm atəşinə,
Dözəcək dərdlərə, qəmdən alışıb çünki şəmin.

Verəcək ömrünü badə,edəcək ah ilə zar,
Çıxacaq ərşi-məallaya fəğan,həm də dəmin.

Mənə, Mövlud, deməsinlər, nə qədər dözməliyəm,
Nə qədər istəsə Əslim, o qədər qəm Kərəmin.

6.12.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+23=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0342 saniye