Bilərsənmi?
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 19:08 12 sentyabr 2017 tarixində əlavə olunmuşdur

 

                          

 

  Fərz et ki, ətrafında gördüyün hər nə varsa, xəyaldır. Sən, mən, yaxınların, başının üstündəki mavi səma, ayağının altındakı yaşıl torpaq. Düşündüyün hər hansı bir fikir də sənə aid deyil. Yazdığın yazılar, gəzdiyin yerlər, təsadüfi tanışlar, bunlar heç zaman yaşanmayıb. Böyük cahanda təksən… Oxuduğun kitabları sanki heç oxumamısan. Sevdiyin qadını heç bir zaman sevməmisən. Boş vaxtlarında, yaxud darıxdığında getdiyin, ətrini ciyərlərinə çəkdiyin, dərdləşdiyin mavi dəniz sənin dostun olmayıb.

Fərz et ki, dünyaya baxdığın zaman sevmədiyin rəngləri sevib, tanımadığın insanlarla ünsiyyətdə olmusan. Düşün! Geri dön! Keçmişin qaranlıq səhifəsini vərəqlə! Gör kim olmusan! Nəyin və kimin uğruna yaşamısan! Kimlərin kitablarını oxumusan! Hansı səhifədə ilişib qalmısan! Neçə gecə o kitabla bərabər uyumusan! İş görəndə, yemək yeyəndə, dostlarınla əylənəndə kimə söz verib, yerinə yetirməmisən!

Fərz et ki, sevdiyin insan tərəfindən atılmısan. Bir anlıq olsun, onu düşünməyəcəyəm söyləmisən… Onu unutmaq üçün əlindən gələni əsirgəməmisən. Bacara bilirsənmi?! Yaşaya bilirsənmi?! Sadaladığım bu qədər sözdən sonra həyata tutunub yaşaya bilərsənmi? Əzəldən yad olmaq yaxşıdır, yoxsa doğmalar içində yad kimi yaşamaq? Hec düşündün ki, haradasa səhv etmisən? Bəlkə bilmədən onu incitmisən? Hər zaman deyərdi axı, – “dünyaya necə baxırsansa elə də görürsən…”. Açılan sabahın, doğan günəşin şəfəqləri ilə birgə oyanırsanmı? Bax o zaman həyata tutunmaq asan olur. Geri gədənlər qayıtmır deyə düşünmə! Onlar qayıtmasa da müəyyən vaxtdan sonra biz onlara doğru addım atırıq. Addım atırıq ki, o xatirələrdən, izdirablardan az da olsa azad olaq. Görəsən, bunu bacarırıqmı? Və sən itirdiklərinin dəyərini bilirsənmi?

Günel Ağayeva 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+5=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
agayevag979@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0322 saniye