Bilet
Afig Huseynov tərəfindən "" bolməsinə 22:27 01 may 2014 tarixində əlavə olunmuşdur

-Salam,zəhmət olmasa mənə bir bilet.Ancaq gediş,ancaq ora!

-Bizdə gediş bileti olmur,ancaq gediş və dönüş!

-Onda bu günə gediş və dönüş bilet verin!

-Bağışlayın bu günə heç bir dənə də bilet qalmayıb.

-Bəs onda nə vaxta var?Ən yaxın zamana,xahiş edirəm!

-Ən tez,ən tez...Bağışlayın ən tez bir ildən sonra.

-Neynəyək ,heç olmasa onda bir ildən sonraya...tam bir gün qalacam.

-Qoyulan məhdudiyyətlərə görə bir gün orda qalmağınız mümkünsüzdür!

-Necə?Heç olmasa bir saatlığına!

-1 dəqiqəlik biletimiz var,üzgünəm...

-Yaxşı,onda onu mənə verin , görünür qismət beləymiş.

-Baxın,3 saatlıq biletimiz var,ancaq 2 ildən sora gedə bilərsiniz.

-Yox,yox ,siz mənə o bir ildən sonra 1 dəqiqəliyi verin!

-Onda yoxlayaq,1 bilet gediş – dönüş,bir ildən sonra , 1 dəqiqəliyə.Düzdür?Etiraz etmirsiniz ki?Razısınız ki,bileti adınıza yazım?

-Hə!

-Alın,Uşaqlığınıza səyahət bileti!

-Çox sağ olun!

-Bağışlayın , bir şey soruşmaq istəyirəm.

-Buyurun.

-Cəmi bir dəqiqəliyinə ...Siz bir dəqiqəyə nə edə bilərsiniz ki?

-Mən ata və anamın hər ikisini eyni zamanda hər iki əlimlə bərk bərk qucaqlayacam,eyni zamanda!!!

RİNA  MİLORADOVA


... dəfə oxunub
Qiymət: 9/10(21 səs)
[qiymət ver ]
Şərh yaz
8+25=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
afiq@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0266 saniye