Biləydim kaş...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:07 28 noyabr 2015 tarixində əlavə olunmuşdur

**Biləydim kaş...**

(Gəraylı)

Sən oduma yanan kimi,
Mən də yana biləydim kaş.
Sən yuxuda,röyadasan,
Mən oyana biləydim kaş.
***
Ümidlərim pərən oldu,
Yandı bağrım,vərəm oldu.
Kərəm"Yanıq Kərəm"oldu,
Mən də yana biləydim kaş.
***
Dözəmmirəm sazaqlara,
Can ağrıdan yasaqlara.
Çxıb gedim uzaqlara,
Səmt hayana,biləydim kaş.

***
Dünya dərya,qəvvası yox,
Ömür qısa,vəfası yox.
Cəfa çəkdim,səfası yox.
Mövlud,ana biləydim kaş.

17.04.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+32=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.029 saniye