Bilincə mən
Mübariz Əhmədov tərəfindən "Şeir" bolməsinə 04:46 28 yanvar 2013 tarixində əlavə olunmuşdur

Bilincə mən

 

Tanrım, sənin “mən” ruhunu

Gəl atma qara küncə Sən.

Hələ yaşamağım gəlir,

Gəl öldürmə, ölüncə mən.

 

Göz yaşımı bulaq etmə,

Məni qəmə calaq etmə,

Dərdlərimi qalaq etmə,

Gəl onları, bölüncə mən.

 

 Sıxır məni bu ət qəfəs, 

Almaq olmur rahat nəfəs,

Ağladığım deyilmi bəs,

Gəl ağlatma, gülüncə mən.

 

Sən də say bu haqq sayanı,

Əymə daşa sən qayanı,

Al haqsızdan bu dünyanı,

Gəl yanına, gəlincə mən.

 

Mübarizdən küsmə belə,

İstəmirəm olum kölə,

Sirlərini açma hələ

Gəl onları bilincə mən...

 


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

Mübariz Əhmədov
Əlaqə
E-mail:
ulvi.ahmedov@mail.ru
Sosial şəbəkə:
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0247 saniye